Samsung Galaxy Note 8-in təqdimat tarixi rəsmi olaraq açıqlandı

Samsung Galaxy Note 8-in təqdimat tarixi rəsmi olaraq açıqlandı

Texnologiya
21.07.2017 PAYLAŞIM

“Samsung” şirkəti özünün yeni flaqman modeli olacaq Galaxy Note 8-in təqdimat tarixini təsdiqləyib.

Galaxy Note 8, 23 Avqust tarixində Nyu York şəhərində təqdim olunacaq. Bundan əlavə olaraq şirkət həmçinin cihazın keyfiyyətli fotolarını da təqdim edib. Təqdim olunmuş tizer fotoda, Galaxy S8-ə bənzəyən cihazı görmək olar. Lakin tizer fotodakı cihazın ölçüsü Galaxy S8-dən bir qədər böyükdür. Təbii ki, fotoda həmçinin S Pen-i görmək olar. Həmçinin fotoda Do bigger thingscümləsi əks olunub. Bu cümlə isə Galaxy Note seriyasında istifadə olunur. Bundan əlavə olaraq gələn ayın sonunda bu cihazın anonsu öncəsi onun yeni fotoları da yayılıb. Daha əvvəlki fotolardan fərqli olaraq yeni fotolarda Note 8-in kənar hissələri daha dairəvidir. Beləliklə dizayn cəhətdən o, Galaxy S8 ilə Galaxy S8+ modellərini xatırladır. Buna baxmayaraq adı çəkilmiş modellərdən fərqli olaraq Note 8-in aşağı və yuxarı panelləri daha nazikdir. Məlumatlara əsasən Galaxy Note 8, 6.3 inç Super AMOLED ekran, 8 nüvəli Snapdragon 835 prosessoru, 6 GB RAM, 3300 mAh enerji tutumlu batareya və 12 MP-lik ikili arxa kamera ilə təchiz olunacaq.



Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Google şirkəti süni zəkanın superkompüterdə öyrənmə sürəti üzrə yeni rekorda imz..

Google şirkəti machine learning dəstəkli superkompüterlərin testlərinin sona çatdığını elan edib. Be..


Elon Musk, Neuralink-in yeni çipinin daha bir özəlliyindən danışdı: Yeni təqdima..

Elon Musk tərəfindən yaradılmış Neuralink şirkəti bu ilin sonunda beyin çiplərinin insan üzərində il..


Google, AirDrop analoqu Nearby Sharing funksiyasını Chrome brauzerinə əlavə edib..

Google şirkəti özünün AirDrop analoqu olan Nearby Sharing funksiyasını ilk növbədə Android 11-in bet..


Tesla elektromobilləri yeni batareyalar hesabına daha çox yol qətt edə biləcəklə..

Batareyanın tərkibində kobalt elementinin miqdarı nə qədər az olarsa enerjinin sıxlığə bir o qədər ç..


SpaceX-in Crew Dragon kosmik gəmisi astronavtları uğurla Yer kürəsinə qaytardı (..

SpaceX-in Crew Dragon kosmik gəmisi ilə BKS-ə (Beynəlxalq Kosmik Stansiya) yollanmış astronavtlar Ro..


Məşhur Kodak şirkəti 1500% dəyər qazandı: Koronavirus təsiri

Məşhur Kodak şirkəti koronavirus dərmanlarının hazırlanmasında yardım göstərəcəyi üçün 1500% dəyər q..

×