Samsung Galaxy S10-da iki maraqlı özəllik ola bilər

Samsung Galaxy S10-da iki maraqlı özəllik ola bilər

Texnologiya
03.11.2018 PAYLAŞIM

    Yeni Galaxy S10 seriyasının təqdimatı gələn ilin Yanvar və ya Fevral ayına gözlənilir. Buna görə də yeni flaqman seriyası barəsində məlumatlar internetdə ortaya çıxmaqda davam edir. Sonuncu məlumatlara əsasən şirkət yeni Galaxy S10 seriyasında istifadəçi gözünün qişası skanı texnologiyasından imtina edəcək və onu daha rahat texnologiya ilə əvəz edəcək. Bundan əlavə olaraq internetə yeni smartfonun çərçivəsiz dizaynını əks etdirən patent fotosu da sızdırılıb. Şirkətin yeni patent sorğusunda iki maraqlı özəllik qeyd olunub.


Bənzər xəbər


    Birinci özəllik ön kameranın ekrana inteqrasiya olunmasıdır. Lakin maraqlı məqam ondan ibarətdir ki, ön kamera smartfon ekranının yuxarı hissəsində deyil ortasında yerləşir. Patent məlumatına əsasən adi vaxtda həmin kamera istifadəçi gözü vasitəsilə görünməyəcək. Kamera işə düşən zaman istifadəçi onu görə biləcək. İkinci maraqlı özəllik isə Galaxy S10-da ekrana inteqrasiya olunmuş şəffaf nazik antenlərin istifadəsidir. Bunun sayəsində yeni flaqman smartfonu daha nazik olacaq.

    Bununla yanaşı yeni məlumata əsasən şirkət smartfonda istifadəçi gözünün qişası skanı texnologiyasını ekrana inteqrasiya olunmuş barmaq izi skanı texnologiyası ilə əvəz edəcək. Güman olunur ki, smartfonun adi versiyasında barmaq izi skanı smartfonun kənarında yerləşəcək, daha bahalı modellərdə isə Qualcomm-un ekrana inteqrasiya olunmuş barmaq izi skanı texnologiyasından istifadə ediləcək.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Blue Origin şirkəti kosmik turistlər üçün olan New Shepard raketinin son uçuş te..

Jeff Bezos-un aerokosmik şirkəti olan Blue Origin özünün New Shepard adlı raketinin final uçuş testi..


NASA-nın yeni aparatının Aya çatdırılması SpaceX şirkətinə həvalə edilib..

NASA-nın Ay səthi üçün nəzərdə tutulmuş yeni aparatı (moon rover) Yer kürəsinin peykinə Falcon Heavy..


Huawei: 'Dünyada olan prosessor çatışmazlığı probleminin səbəbi ABŞ sanksiyaları..

Son zamanlarda dünyada mikrosxem çatışmazlığı problemi yaşanır. Bu isə öz növbəsində məhsulların qiy..


Apple növbəti təqdimat tədbirinin keçirilmə tarixini elan edib

Dünən internetdə Apple şirkətinin növbəti təqdimat tədbiri barəsində məlumat ortaya çıxmışdı. ..


2023-cü ildə Dubayda pilotsuz taksilər istifadəyə veriləcək (VİDEO)

Dubay şahzadəsi Hamdan bin Mohammad öz Twitter hesabında bildirib ki, yaxın gələcəkdə şəhər yolların..


Google Chrome brauzerinə çox faydalı multimedia funksiyası əlavə ediləcək..

Google Chrome-un test versiyasında Youtube-dan daha çox istifadə edənlər üçün faydalı funksiya reall..

×