Samsung Galaxy S11 haqqında ilk məlumat ortaya çıxdı

Samsung Galaxy S11 haqqında ilk məlumat ortaya çıxdı

Texnologiya
20.05.2019 PAYLAŞIM

    Samsung şirkətinin aktiv şəkildə yeni Galaxy Note 10-nun təqdimatına hazırlaşdığı bir vaxtda internetdə Galaxy S11 smartfonu barəsində ilk məlumat ortaya çıxıb. Ice Universe ləqəbi ilə tanınan məşhur çinli insayderin sözlərinə əsasən şirkətin tədqiqat şöbəsi Galaxy S11-in kod adını müəyyənləşdirib. Beləliklə Galaxy S11 modeli Picasso kod adına sahibdir. Bu barədə Gagadget saytı xəbər verib.

    Bu kod adı məşhur ispaniyalı rəssam Pablo Picasso-nun adından götürülüb. Maraqlısı ondadır ki, Galaxy S11-in kod adı Galaxy S8, Galaxy S9Galaxy S10 modellərinin kod adlarından çox fərqlənir. Belə ki, həmin smartfonlar şirkət daxilində Dream, Star Beyond kod adlarına sahib idilər. Buna baxmayaraq bu cür kod adı Samsung şirkətinin sxemi ilə uyğunlaşır.

    Belə ki, şirkətin Galaxy Note 10 smartfonunun kod adı da məşhur rəssamın adı ilə bağlıdır. Söhbət, Da Vinci-dən gedir. Təbii ki, Galaxy S11-in texniki göstəriciləri barəsində hələki heç bir məlumat yoxdur. Sadəcə olaraq güman etmək olar ki, smartfon yenilənmiş dizayn, təkmilləşdirilmiş kamera modulları, yeni Snapdragon Exynos prosessoru əldə edəcək. Çox güman ki, bu ildə olduğu kimi gələn il də şirkət bir neçə Galaxy S11 modeli təqdim edəcək. Çox güman ki, şirkət Galaxy S11-in təqdimatını 2020-ci ilin birinci yarısında reallaşdıracaq.



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Samsung şirkəti yeni ekran dizaynının patentini aldı

Smartfon ekranının ön panelin çox hissəsini əhatə etməsi yolunda istehsalçılar ön kameranın yerləşdi..


Google'dan yeni naqilsiz Pixel Buds 2 qulaqlığı - QİYMƏTİ

Made by Google təqdimat tədbiri çərçivəsində Google şirkəti naqilsiz Pixel Buds 2 qulaqlıqlarını təq..


Google şirkəti Pixelbook Go adlı yeni noutbuk modelini təqdim etdi - QİYMƏTİ..

Google şirkəti Chrome OS əməliyyat sistemini inkişaf etdirməkdə davam edir. Beləliklə Made by Google..


Google Pixel 4 və Pixel 4 XL təqdim olundular - QİYMƏTİ

Made by Google tədbiri çərçivəsində Google şirkəti sonunda Pixel 4 və Pixel 4 XL smartfon modellərin..


Yeni iOS versiyası iPhone'larda ciddi problemlər yaradıb

Proqram təminatı yenilənməsi əvvəlki versiyanın zəif nöqtələrini aradan qaldırmaq üçün nəzərdə tutul..


Xiaomi şirkəti Redmi 8 prosessorunun zəif hesab edilməsinə aydınlıq gətirdi..

Hələ bir neçə müddət bundan öncə təqdim edilmiş Redmi 8 smartfon modeli keçən ilki model ilə müqayis..