
Samsung Galaxy S11-in ilk real fotoları təqdim edildi
Elm & Texnologiya
09.12.2019
Emil
Keçən ayın sonunda OnLeaks ləqəbli məşhur insayder Galaxy S11 smartfon modelinin render fotolarını təqdim etmişdi. İndi isə Ice Universe ləqəbli məşhur çinli insayder smartfonun ilk real fotolarını təqdim edib. Bu barədə Gagadget saytı xəbər verib. Təqdim edilmiş real fotolar smartfon barəsində olmuş əvvəlki məlumat sızıntılarını təsdiqləyib. Real fotolar aşağı keyfiyyətdə olsalar da həmin fotolardan görmək olar ki, Galaxy S11-in arxa panelində L formalı əsas kamera yerləşdiriləcək.
.jpg)
Bundan əlavə olaraq bu cür kamera dizaynı həmçinin Galaxy S10 Lite, Galaxy Note 10 Lite, Galaxy A51 və Galaxy A71 smartfon modellərində də reallaşdırılacaq. Son məlumat sızıntılarına əsasən Galaxy S11 smartfonu təsvirin 120 Hz tezlikli yenilənməsi özəllyinə sahib 6.7 düym Super AMOLED ekran, yeni nəsil Exynos / Snapdragon prosessoru və 108 MP-lik arxa kamera əldə edəcək. Smartfonun gələn ilin fevral ayında təqdim edilməsi gözlənilir. Həmçinin Galaxy S11 ilə birlikdə şirkət həm də Galaxy Fold 2 modelini də təqdim edə bilər.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Süni zəka qlobal pandemiya riskini artıra bilər
