main-post-cover

    Samsung Galaxy S20 ailəsi təqdim olundu - QİYMƏT

    Elm & Texnologiya
    11.02.2020
    Nijat Hamid
            Samsung, 2020-ci ilin ən möhtəşəm flaqmanları olan Galaxy S20 ailəsini təqdim etdi. 3 modeldən ibarət olan Galaxy S20 ailəsi, standart S20, S20+S20 Ultra olaraq satışa çıxacaq. Cihazların parametrləri isə sözün əsl mənasında göz doyurur. O zaman gəlin ətraflı baxaq.

    Galaxy S20 ailəsinin ekran texnologiyası müasir zamana görə 1 addım öndədir!

            Galaxy S20 ailəsi sıra ilə 6.2 düym, 6.7 düym6.9 düym böyüklüyündə Quad HD+ ekranlara malikdir. Hər 3 modelin ekran yeniləmə sürəti 120 Hz-dir. Nəzərə alsaq ki, 90 Hz ekranlar belə daha yeni-yeni geniş kütlələrə yayılarkən, Samsung 120 Hz ilə möhtəşəm bir fərq yaratdı. Hər 3 modeldə də Dinamik Amoled adı verilən ekranlardan istifadə olunub və HDR 10+ dəstəyinə malikdirlər. Bu ekranlara inteqrasiya olunmuş barmaq izi sensorların oxuma sürəti isə 240 Hz-dir. Əvvəlki nəsildə olduğu kimi barmaq izi sensoru yenə Ultrasonik oxuma edir. Lakin barmaq izinin oxunduğu yer biraz daha böyüyərək istifadəçiyə rahatlıq təmin edilib. 

    Galaxy S20 ailəsi bir-birindən kamera sensorlarının sayına görə fərqlənir. Ən yaxşı kamera + Ən güclü model = Ultra!

            3 model arasında ən güclü kamera sensorlarına malik olan Galaxy S20 Ultra modelidir. Cihazda Samsung tərəfindən hazırlanan 108 MP-lik İSOCELL Bright kamera sensoru istifadə olunub. Həmçinin 48 MP-lik telefoto İSOCELL kamera, 12 MP geniş bucaqlı Sony ToF sensoru da istifadə edilib. Ultra modeli 10 qat optik yaxınlaşdırma, 100 qat rəqəmsal yaxınlaşdırmaya da malikdir. 
            Galaxy S20 və S20+ modellərində isə 108 MP-lik sensorlar əvəzinə 64 MP-lik yenə Samsung istehsalı kamera sensorları istifadə olunub. Sensorlar fərqli olduğu üçün bu cihazlar 3 qat optik, 30 qat rəqəmsal yaxınlaşdırmaya malikdir. Digər tərəfdən Galaxy S20 modelində hətta ToF sensoru da yoxdur. Bu da o deməkdir ki, gecə çəkilişlərində digər ikisinə nəzərən Galaxy S20 daha zəif olacaq. Həmçinin əvvəlki nəsillərdə olan dəyişən diafraqmalı kameralar S20 ailəsində tamamilə ləğv olub. Hər 3 telefon 8K video çəkiliş edə bilir. Lakin tək fərq odur ki, Ultra modeli 8K-da 30 FPS çəkiliş edərkən, digər 2 model 25 FPS çəkiliş edir. 
            Ön kameralara gəldikdə isə Galaxy S20 Ultra-da 40 MP selfie kamerası olduğu halda, Galaxy S20 və S20+da 10 MP-lik ön kameralar istifadə olunub. Bu da şəkillərdəki detalların dəqiqlik səviyyəsində ciddi fərq olacağını göstərir. Həmçinin ön kameralar 4K çəkilişi və OİS funksiyasını da dəstəkləyir. Bu isə müsbət haldır.

    Samsung Galaxy S20 ailəsinin performansı gözlənildiyi kimi çox güclü olacaq.

            Samsung, Galaxy S20 modellərini 2 fərqli çipset istifadə edərək satışa çıxaracaq. Amerika və Asiya kimi bölgələrdə telefonlar Qualcomm Snapdragon 865 istifadə edərkən, Avropada Exynos 990 prosessorundan istifadə ediləcək. Qeyd edək ki, hər iki prosessor Samsung tərəfindən 7 nm EUV texnologiyası ilə hazırlanıb. Demək olar ki, bir-birinə performans olaraq çox yaxındırlar, lakin bəzi testlərdə SoC 865 daha güclü olduğunu göstərir. Həmçinin qrafika performansında da SoC 865-in video kart çipi daha güclüdür. 
            Galaxy S20 və S20+da 8 GB12 GB ram seçimləri olacaq. Ultra modelində isə 12 GB 16 GB ram seçimləri olacaq. Qeyd edək ki, Galaxy S20 Ultra dünyanın ilk 16 GB ramlı telefonudur. Bundan başqa S20+ və S20 Ultra modelləri 128 GB256 GB yaddaş seçimlərinə malik olduğu halda, standart versiya olan S20 sadəcə 128 GB seçiminə malik olacaq. Hər 3 modeldə SD kart yuvası var. 
            Galaxy S20 Ultra-nın hər iki versiyasında 5G dəstəyi olacaq. Lakin S20 və S20+ modellərinin sadəcə Exynos 990 prosessorlu versiyaları 5G dəstəyinə malik olacaq. Snapdragon 865-li versiyalarında 5G dəstəyi olmayacaq. Hər 3 cihazda da ən sonuncu nəsil LPDDR5 ramlardan istifadə olunacaq.

    Galaxy S20 modellərində batareya tutumları fərqlənəcək.

            Samsung, Galaxy S20-də 4000 mAh, S20+da 4500 mAh, S20 Ultra modelində isə 5000 mAh batareyadan istifadə edib. Telefonlarda 120 Hz ekranın və 5G modemlərin olduğunu nəzərə alsaq, batareya dəyərləri bir xeyli yaxşıdır. Hər 3 modeldə sürətli şarj texnologiyası əksinə şarj texnologiyası var. Yəni cihazını bir başqa aksessuarı və ya telefonu şarj etmək üçün istifadə edə biləcəksiniz. Qeyd edək ki, S20 və S20+ modellərində 25 Watt, Ultra modelində isə 45 Watt sürətli şarj dəstəyi mövcuddur. 

    Şəkildə gördüyünüz kimi 5G dəstəkli modellər bu qiymətlərdən satışa çıxacaq. 4G-li Galaxy S20 899 dollara, 4G-li Galaxy S20+ isə 1099 dollara satışa çıxacaq. 6 Marta qədər bu 3 modeldən birini ön sifariş edən istifadəçilərə  Galaxy Buds+ hədiyyə ediləcək.

     
    Linki kopyala