main-post-cover

    Samsung Galaxy S20 seriyası ilə qatlana bilən Galaxy Z Flip-in Avropa qiymətləri ortaya çıxıb

    Elm & Texnologiya
    22.01.2020
    Farid Pardashunas
        Bir neçə gün bundan öncə internetdə Galaxy S20 smartfon seriyası ilə qatlana bilən Galaxy Z Flip-in texniki götəriciləri ortaya çıxmışdı. İndi isə insayderlər həmin smartfonların Avropa qiymətlərini təqdim ediblər. Bu barədə Gagadget saytı xəbər verib. Beləliklə XDA-Developers saytının redaktorlarından birinin verdiyi məlumata əsasən adi Galaxy S20 Avropa bazarında 900-1000 avro, Galaxy S20 Plus 1050-1100 avro, Galaxy S20 Ultra isə 1300 avro qiymətində satılacaqlar.
        Qeyd etmək lazımdır ki, söhbət, smartfonların 5G dəstəkli versiyalarından gedir. Onların 4G şəbəkə dəstəkli versiyalarının qiymətləri isə 100 avro aşağı olacaq. Qatlana bilən Galaxy Z Flip-ə gəldikdə isə məlumatda qeyd edilib ki, o, Avropa bazarında 1400 avro qiymətində satılacaq. Bu isə daha öncədən ortaya çıxmış məlumat sızıntılarındakı qiymətdən bir qədər bahadır. Buna baxmayaraq bu cür qiymət göstəricisi yeni Motorola RAZR-ın qiymət göstəricisindən aşağıdır. Bütün bu smartfonlar 11 fevral tarixində keçiriləcək Samsung Galaxy Unpacked 2020 tədbirində təqdim olunacaqlar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər