main-post-cover

    Samsung, Galaxy S21 smartfonlarında öz ekranlarını istifadə etməyə bilər: Niyə?

    Elm & Texnologiya
    24.05.2020
    Nijat Hamid
            Samsung şirkətinin 2021-ci ildə istifadəyə verəcəyi Galaxy S21 smartfon seriyası ilə bağlı bəzi məlumatlar artıq indidən sızdırılır. Belə ki, Galaxy S20 seriyasının qiymətlərinin baha olması, bu bahalığın əsas səbəblərindən birinin ekran olması şirkəti yeni planlar hazırlamağa məcbur edir. Sızan məlumatlara əsasən Galaxy S21 smartfon seriyasında Samsung öz istehsalı olan ekranlardan istifadə etməyə bilər.

    Samsung, Galaxy S21 smartfon seriyasında BOE şirkətinə məxsus OLED ekranlar istifadə edə bilər.

            Samsung-un belə bir addım atmasında əsas səbəb smartfonların qiymətlərini nisbətən daha əlçatan bir səviyyətə gətirməkdir. Bu səbəbdən çinli bir şirkət olan BOE ilə danışıqlar başlayıb. Deyilənlərə görə BOE Technology ilə aparılan 1 ay yarımlıq müzakirələrdən sonra Samsung şirkətə müəyyən təkliflər göndərib. Samsung-a yaxın mənbələrin dediklərinə görə bütün Galaxy S21 smartfon seriyasında BOE şirkətinə məxsus ekranlar istifadə edilməyəcək. Hansı modellərin BOE tərəfindən hazırlanan ekrana malik olacağı bilinməsə də, təxminlərə görə S21 Ultra modelində BOE ekran istifadə edilməyəcək.
            Samsung-un BOE şirkəti verdiyi təkliflərdə OLED ekranların 120 Hz əvəzinə 90 Hz dəstəkləməli olduğu bildirilir. Bu səbəbdən Ultra modelində BOE şirkətinin ekranının istifadə edilməyəcəyi təxmin edilir. Mənbələrin dediklərinə görə Samsung şirkəti OLED ekran istehsal edən Samsung Display şirkətinə isə 120 Hz 60 Hz ekranlar üçün təklif göndərib. Buradan anlaşıldığı üzrə yeni Galaxy S21 smartfon seriyası 60 Hz, 90 Hz 120 Hz ekranlara malik modellərdən ibarət olacaq. Yaxşı tərəfi odur ki, Samsung şikayətləri nəzərə alaraq smartfonlarında qiymətləri endirmək üçün yeni yollar axtarır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər