Samsung Galaxy S9 Barcelonada təqdim olundu!

Samsung Galaxy S9 Barcelonada təqdim olundu!

25.02.2018 PAYLAŞIM

    Çoxdandır gözlənilən və haqqında sızıntıların dayanmaq bilmədiyi Samsung Galaxy S9Galaxy S9 Plus az əvvəl Barselonada Mobil Dünya Konqressindən 1 gün öncə rəsmi olaraq təqdim olundu. Bununla yanaşı bundan öncə də məlumat verdiyimiz kimi, Dex Pad və yenilənmiş Bixby təqdimatda yer aldı.

    Samsung Galaxy S9 keçən ilin sonlarında tanıdılan 8 nüvəli bir çipset Exynos 9810 -dan güc alır. CPU 2.9 GHZ -yə qədər sürətlənə bilir. Amerika və Çin üçün isə Samsung, cihazı Snapdragon 845 ilə təqdim edir. Bunun yanında qrafik sürətləndirici olaraq isə ARM Mali G-72 yer alır. Amerika üçün təqdim olunan modeldə isə Adreno 630 yer alacaq. 64, 128, 256 GB daxili yaddaş versiyaları ilə təqdim olunan cihazda 4 GB RAM yerləşdirilib. Super AMOLED 1440x2960 piksel ölçülərinə sahib ekran 5.8 düyümdür. Ekranda hər düyüm başına 568 piksel düşür. Qövsvari ekran Gorilla Glass 5 örtüyü ilə qorunur. Ekran-gövdə nisbəti isə 84.2% -dir. Bu isə əla rəqəmdir.


    Dizayn baxımdan isə Galaxy S9 bir öncəki modeldən ciddi fərqlənmir. Lakin S8 -dən fərqli olaraq barmaq izi skanı kameranın yanından altına daşınıb. Bu da hər dəfə barmaq izini oxutmaq üçün əlinizi kameraya toxundurmaq çətinliyindən can qurtarmanıza səbəb olacaq. Kamera mövzusunda isə Samsung mütəxəssisləri S9 üzərində kifayət qədər işləyiblər. Galaxy S9 modelində kameranın diafraqmını 1.5 -ə qədər düşürmək mümkün olub. Qeyd edək ki, gecə çəkimlərində yaşanan problemləri aradan qaldırmaq üçün bu kamerada 2 lens yer alır. Digər lensin dəyəri isə f/2.4 -dür. Açıqlama zamanı da S9 -un kamerasını hazırlayan zaman insan gözünün əsas götürüldüyü dilə gətirildi.

     4K keyfiyyətində 30 kadr saniyə sürətlə video çəkmək mümkündür. Düşünürük ki, bu rəqəm 60 FPS olsa daha yaxşı olardı. Arxa kamerada ən xoşumuza gələn xüsusiyyət isə 960 FPS ilə yavaşladılmış videoçəkim xüsusiyyətidir. Bununla çəkdiyiniz videonun bütün detallarını görmək mümkün olur. 

    Ön kamera isə 8 MP -dir, avtofokus xüsusiyyətinə sahibdir və 1440p keyfiyyətində videoları rahatlıqla qeydə alır. 3000 mAh batareya tutumu ilə sürətli və naqilsiz şarj xüsusiyyətinə malikdir.

    Barmaq izi sensoru ilə yanaşı cihazda üztanıma texnologiyası da yer alıb. iPhone X -dan sonra artıq Galaxy S9 -da da biz üztanıma texnologiyasını görmüş olduq.     Yenilənmiş modelə artırılmış reallıq texnologiyası da inteqrasiya olunub. Belə ki Samsung yeni avatar emosiyaları təqdim edib. Bu xüsusiyyətdən istifadə etmək üçün ilk öncə şəkilinizi çəkib, öz avatarınızı yaratmalısınız yaxud emosiyanızı. Daha sonra iPhone X -da olduğu kimi siz öz sifət emosiyalarınızı həmin avatara köçürə biləcəksiniz.    Yenilənmiş Bixby 2.0 sayəsində kamera ilə siz canlı olaraq tərcümə edə biləcəksiniz. Bixby artıq kamerada görünən yazıları tərcümə etmək xüsusiyyətinə sahibdir. Eyni zamanda xanımların sevimlisi olacaq bir funksiya da Bixby üçün aktivləşdirilib, beləki Bixby üzünüzü analiz edərək sizin üçün makiyaj seçimləri təqdim edə bilir.    Daha yaxşı səs keyfiyyəti üçün modeldə iki ədəd Dolby Atmos səsgücləndirici quraşdırılıb. Səsgücləndiricilərdən biri yuxarıda digəri isə aşağı hissədə olacaq. Bir xoş xəbərimiz də var ki, Galaxy S9 -da qulaqlıq girişi yer alır.

    Samsung Dex Pad isə yenilənmiş versiyada təqdim olundu. Belə ki, Dex -in üzərində sərinləndirməni təmin etmək üçün fanlar da yer alıb. Bu cihaz vasitəsilə telefona əlavə giriş-çıxış qurğuları bağlamaq olur. 

    Technote hal-hazırda Mobil Dünya Konqressindədir və baş verən yenliklərlə sizi anbaan tanış edəcəyik. Qeyd etmək yerinə düşər ki, yayım məlumatlarının sponsoru Azərbaycanda Samsung -un rəsmi distribütoru olan Kontakt Home mağazalar şəbəkəsidir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Redmi Note 8 Pro'nun qiyməti təqdimatdan öncə məlum oldu

Redmi Note 8 Pro smartfon modelinin təqdimatına çox az zaman qalmış onun barəsində demək olar ki, hə..


Redmi brendi artıq K20 smartfon modelinin davamçısı üzərində çalışır

May ayında Xiaomi şirkətinin Redmi brendi Redmi K20 smartfon seriyasını təqdim etmişdi.


Azercell 'Rəqəmsal Dünya Bölgələrdə' layihəsi çərçivəsində uşaqları və məcburi k..

Azercell Telekom “Rəqəmsal Dünya Bölgələrdə” şüarı altında iyul ayından başlayaraq ölkənin şəhər bə ..


Mercedes-Benz şirkəti öz alıcılarını izlədiyini etiraf edib

Smartfon istifadəçiləri artıq təəccüblənmirlər ki, həmin smartfonlr onların yerləşdikləri yerləri iz..


Onlayn sağlamlıq proqramları və məşqlər üçün yeni yerli tətbiq təqdim olundu - F..

Tətbiqin ən əsas üstünlüyü ondan ibarətdir ki, bu proqramlar sizə təsadüfi və kor təbii şəkildə təqd..


ABŞ'ın Huawei şirkətinə təqdim etmiş olduğu lisenziya daha 3 aylıq uzadılacaq..

ABŞ-ın ticarət nazirliyi Huawei şirkətinə qarşı təyin edilmiş sanksiyaların daha 3 ay təxirə salınma..

×