
Samsung, Galaxy S9 ilə rəqiblərini çətinə salacaq
Elm & Texnologiya
10.10.2017
Orxan
Son dövrdə Galaxy S8
və Galaxy Note 8 modelləri ilə adından söz edilən Samsung-un, gələcək il
istifadəçilərə təqdim ediləcəyi gözlənilən Galaxy S9 modeli haqqında yeni
detallar ortaya çıxmağa davam edir.
Snapdragon 835 ilə Galaxy S8-in performansından olduqca məmnun
qalan texnologiya nəhənginin, ənənəsi bozmayarak yeni flaqmanıda yenə Qualcomm
ilə işləyəcək.

Samsung-un bu çərçivədə yeni flaqmanında istifadə ediləcək
olan Snapragon 845 üçün görüşmələrini tamamladığı və prosessor mövzusunda çətinlik
yaşamamaq üçün əhəmiyyətli bir raılaşmaya imza atdığı ortaya çıxdı.
Galaxy S9 üçün Qualcomm-un ilk etapda çıxaracağı Snapdragon
845 prosessorların hamısının Samsung tərəfindən satın alındığı ortaya çıxan yeni
hesabatlar ilə təsdiqləndi.
Qualcomm-un ilk etapda çıxaracağı bütün Snapdragon 845
prosessorları Samsung-a göndərməsi, Galaxy S9-un bu prosessoru istifadə edən
ilk smartfon olmasını təmin edərkən, digər smartfon istehsalçılarını olduqca çətinə
salacaq.
Çünki, Snapdragon 845-i gözləyən bir çox smartfon
istehsalçısının Galaxy S9-dan əvvəl yeni flaqman modellərini təqdim etməsi mümkün
deyil.
Eyni hadisə Galaxy S8-də istifadə edilən Snapdragon 835-dəqarşımıza çıxmışdı. İlk
etapda çıxarılan prosessorların hamısı satın alındığı üçün LG, G6 modelində
Snapdragon 821-i istifadə etmək məcburiyyətində qalmışdı.

Snapdragon 845-li versiyasının yalnız ABŞ bazarında satışa təqdim
ediləcəyini və yeni hesabatlara görə yeni flaqmanın gözləniləndən 1 ay əvvəl yəni fevral ayının sonuna doğru təqdim
edilməsini planlaşdırıldığını ifadə etmək
istəyərik.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Nothing Phone (3) subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
