
Samsung şirkəti öz flaqman modellərinin mini versiyalarını təqdimetmə ənənəsini 2014-cü ildə Galaxy S5 Mini modelini satışa çıxartmaqla dayandırmışdı. Lakin yaxın zamanda şirkət bu ideyaya geri qayıda bilər. İlk öncə Galaxy S9-un kompakt versiyası barəsində çinli insayderlər xəbər verdilər. Daha sonra isə güman olunan yeni model Geekbench bençmark saytında SM-G8750 kod adı ilə ortaya çıxdı.
Galaxy S9 haqqında ilkin məlumatlar
Beləliklə Geekbench saytı sayəsində məlumdur
ki, Galaxy S9 Mini 8 nüvəli Snapdragon 660 prosessoru və 4 GB RAM ilə təchiz
olunacaq. Birnüvəli testdə smartfon 1619 xal, çoxnüvəli testdə isə 5955 xal
yığıb. Smartfonun prototipi Android 8.0 Oreo vasitəsilə çalışır. Lakin smartfonun final versiyası Android-in digər versiyası vasitəsilə çalışa bilər.
Hər şey smartfonun çıxış tarixindən asılıdır. Əgər Galaxy S9 Mini həqiqətən də
mövcuddursa (buna şübhə etməmək üçün yetərli sübut yoxdur) o, əsas modellərin
dizaynlarını özündə birləşdirməlidir.
Şərh yoxdur