Samsung Galaxy Tab A9 planşetləri satışa çıxıb - QİYMƏTİ
Elm & Texnologiya
11.10.2023
Emil Nəcəfov
Samsung şirkəti heç bir rəsmi təqdimat keçirmədən Galaxy Tab A9 planşetlərini satışa çıxarıb. Sözügedən yeni planşet seriyasına Galaxy Tab A9 və Tab A9+ modelləri daxil olublar. Sözügedən planşetlər xarici görünüşcə eynidirlər. Onlar öz aralarında sadəcə texniki göstəricilər üzrə fərqlənirlər. Beləliklə ilk öncə Galaxy Tab A9 modelindən başlayaq. Sözügedən planşet 60 Hz-lik təsvir yenilənməsinə sahib 1340x800 piksel keyfiyyətli 8.7 düym LCD ekranla təchiz olunub. Planşet özündə Dolby Atmos dəstəkli iki ədəd stereo səsgücləndiricini birləşdirir.
Əsas texniki göstəricilərə gəldikdə isə Galaxy Tab A9 modeli MediaTek Helio G99 prosessoru, 4 GB RAM, 64 GB daxili yaddaş həcmi (1 TB-a kimi microSD dəstəkli), 8 MP-lik arxa kamera, 2 MP-lik ön kamera və 15 vatt gücündə sürətli şarj texnologiyalı 5100 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Galaxy Tab A9+ planşetinə gəldikdə isə o, 90 Hz-lik təsvir yenilənməsinə sahib 1920x1200 piksel keyfiyyətli 11 düym LCD ekranla təchiz olunub. Adi Tab A9-dan fərqli olaraq Tab A9+ modeli özündə Dolby Atmos dəstəkli 4 ədəd stereo səsgücləndiricini birləşdirir.
Əsas texniki göstəricilər baxımından Galaxy Tab A9+ modeli Snapdragon 695 prosessoru, 8 GB RAM, 128 GB daxili yaddaş həcmi (1 TB-a kimi microSD dəstəkli), 8 MP-lik arxa kamera, 5 MP-lik ön kamera və 15 vatt gücündə sürətli şarj texnologiyalı 7040 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Hər iki planşet Android 13 vasitəsilə çalışır. Planşetlər iki versiyada satışa çıxıblar. Yalnız Wi-Fi dəstəyinə sahib olanlar və Wi-Fi ilə LTE dəstəyinə sahib olanlar. Adi Galaxy Tab A9 modelinin qiyməti 190$-dan, Galaxy Tab A9+ modelinin qiyməti isə 252$-dan start götürür.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Google tarixin ən güclü DDoS hücumunun qarşısını alıb
Google tarixin ən güclü DDoS hücumunun qarşısını alıb
Google şirkəti tarixdə baş vermiş ən güclü DDoS hücumun qarşısını aldığı barəsində məlumat verib.
Süni zəka qlobal miqyasda bir ölkə qədər elektrik enerjisi sərf edir
Süni zəka qlobal miqyasda bir ölkə qədər elektrik enerjisi sərf edir
Süni zəka müasir insanın həyat fəaliyyətinin bir çox aspektlərini sadələşdirmək potensialına sahibdir. Lakin onun aktiv şəkildə müxtəlif sahələrə inteqrasiyası elektrik enerjisinin tələbatının yüksəlməsinə səbəb ola bilər.
Qatlana bilən Honor Magic Vs 2 smartfonu Geekbench testlərindən keçib
Qatlana bilən Honor Magic Vs 2 smartfonu Geekbench testlərindən keçib
Honor şirkəti sabah yeni qatlana bilən smartfonunu təqdim edəcək. Söhbət, Honor Magic Vs 2-dən gedir.
Gələn il təqdim olunacaq Apple Watch 10-da ciddi dəyişikliklər olmayacaq
Gələn il təqdim olunacaq Apple Watch 10-da ciddi dəyişikliklər olmayacaq
Apple gələn il Apple Watch 10 smart saatını təqdim edəcək.
Redmi K70 olduqca sürətli şarj texnologiyası dəstəyini əldə edəcək
Redmi K70 olduqca sürətli şarj texnologiyası dəstəyini əldə edəcək
Xiaomi şirkəti son illərdə hətta orta büdcəli smartfonlarını yüksək sürətli şarj texnologiyasının dəstəyi ilə təmin edir.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!