Samsung Galaxy Z Flip təqdim olundu - QİYMƏTİ

Samsung Galaxy Z Flip təqdim olundu - QİYMƏTİ

Texnologiya
12.02.2020 PAYLAŞIM

        Dünya nəhənglərindən olan Samsung, az əvvəl San Francisco-da Unpacked tədbirində Galaxy Z Flip modelini təqdim etdi. Qatlana bilən ekrana malik bu model Galaxy S20 ailəsi və Galaxy Buds+ məhsulları ilə birliktə təqdim olundu. Haqqında demək olar ki, hər şeyin bəlli olduğu Galaxy Z Flip modelinə gəlin ətraflı baxaq. 

Galaxy Z Flip modeli şaquli istiqamətdə ikiyə qatlanan bir ekrana malikdir.

        Galaxy Z Flip smartfonu şaquli qatlanan ekrana malik telefonlar arasında Motorola Razr-a tək rəqibdir. Motorola Razr modelinə nəzərən Galaxy Z Flip smartfonunun ekran çərçivələri daha incədir. Telefon açıldığı zaman 167,0 mm uzunluğa malik olur. Qatlanmış halda isə uzunluq 87,4 mm-dir. Cihazın açıq halında qalınlığı 7,2 mm olarkən, ekranı qatlandığı zaman bu qalınlıq 17,3 mm-ə qədər artır. Galaxy Fold ilə müqayisə etdikdə qalınlıq olaraq çox da fərqlənmir. Galaxy Z Flip ekranları qatlandığı halda bildirişləri, havanın vəziyyətini göstərən kiçik bir ekran moduna keçid edir. Smartfonun arxa kamera dizaynına baxdığımız zaman isə Apple telefonlarında iPhone 8-ə qədər istifadə olunan oval xətlərdən istifadə olunduğunu görmək mümkündür. Həmçinin ekranın qatlandığı hissəyə nazik xətt atılaraq arxa hissənin maksimum dərəcə standart smartfonlara bənzədilməsini təmin edə biliblər.

Samsung Galaxy Z Flip, Galaxy S20 ailəsində olduğu kimi Dinamik Amoled adı verilən ekranlardan istifadə edir.

        Telefon açıq halda olanda ekran ölçüləri 6.7 düym olur. Galaxy S20 ailəsində olduğu kimi Dinamik Amoled adı verilən ekranlardan istifadə olunur və bu ekranlar Samsung tərəfindən istehsal edilir. Galaxy Z Flip modelinin ekran ölçüləri Galaxy S20+ ilə demək olar ki, eynidir. Lakin ekran/gövdə nisbətinə baxdığımız zaman S20+ modelində bu 90% olduğu halda, Galaxy Z Flip-də isə 82.2%-dir. 2636 x 1080 piksellik bir ekrana malik olan cihaz 425 PPİ piksel sıxlığına malikdir. S20 ailəsi ilə müqayisədə bu dəyərlər az olsa da, qatlana bilən ekran səbəbilə belə olması normaldır. Ekranın maksimum parlaqlığı 1100 nit-dir və 2.000.000:1 kontrast dəyərinə malikdir.

        Galaxy Z Flip modelinin kiçik ekranı isə 1.06 düymlük Super Amoled bir ekrandır. Kiçik olmasına baxmayaraq Corning Gorilla Glass 6 şüşələri ilə qorunur. Ekran 116 x 300 pikselə malikdir.

Galaxy Z Flip kamera parametrləri olaraq Galaxy S20 ailəsindən ciddi dərəcədə fərqlənir.

        Galaxy Z Flip modelinin arxa kameraları 12 MP-lik geniş və yenə 12 MP-lik ultra geniş kamera sensorlarından ibarətdir. Müasir texnologiyaları nəzərə aldığımızda sanki Galaxy S9 modelinin sensorlarını yeniləyərək təkrar istifadə etdiklərini demək mümkündür. Həmçinin telefon ilə 2K 3060 FPS videolar çəkmək mümkündür. HDR, HDR 10+LED flaş dəstəyinə də malikdir. Lakin doğrusunu desək, kamera olaraq bu telefon günümüzün modellərindən çox geri qalır. Kameralar OİS (Optik şəkil sabitləmə) dəstəklədir.

        Cihazın ön kamerası isə Galaxy S20-lərdə olan 10 MP-lik kameralardandır. Qısaca çox da fərqli bir şey yoxdur. Standart olan bütün ehtiyaclarınızı ödəyəcək səviyyədədir. Əlavə olaraq 2K 30 FPS videolar da çəkmək mümkündür. 

Galaxy Z Flip modelində Snapdragon 855+ çipsetindən istifadə olunur. 2019-un bütün flaqmanlarında istifadə olunan SoC 855-in daha güclü versiyasıdır.

        Galaxy Z Flip modeli Snapdragon 855+ çipseti istifadə edir. Keçən ilin sonları təqdim edilən SoC 855+, ekiz qardaşı olan SoC 855-ə nəzərən daha yüksək tezliklərə çıxa bilir. Beləcə deyə bilərik ki, bu telefon müasir oyunların bütün tələblərini ödəyə biləcək gücdədir. Cihazda 8 GB LPDDR4X texnologiyalı ram istifadə olunub. Qeyd edək ki, bu da əvvəlki ilin texnologiyasıdır. Həmçinin telefon 256 GB yaddaşa malik olacaq. Açıqlanmasa da UFS 3.0 yaddaş texnologiyası istifadə ediləcək. Yenə bu da 2019-un flaqmanlarında istifadə olunan texnologiyadır.

        Galaxy Z Flip modelində 15 Watt sürətli şarj dəstəyinə malik 3300 mAh həcmində batareya istifadə olunub. Cihaz həm naqilli, həm naqilsiz şarj texnologiyalarını dəstəkləyir. Telefonun barmaq izi sensoru isə yan tərəfdə yerləşdirilib.

Galaxy Z Flip modelinin ümumi parametrləri aşağıdakı kimidir.

  • Ekran: 6,7 düym 1080p (2636 x 1080 piksel) Dinamik AMOLED ekran
  • İkinci ekran: 116 x 300 piksel 1,06 düym Super AMOLED ekran
  • Prosessor: Snapdragon 855+
  • RAM: 8 GB 
  • Yaddaş: 256 GB UFS 3.0
  • Arxa Kamera: 12 MP geniş bucaqlı + 12 MP ultra geniş bucaqlı 
  • Ön Kamera: 10 MP, f/2.4, 26mm , 1.22µm, PDAF geniş bucaqlı
  • Batareya: 3300 mAh
  • Qoşulmalar: Wi-Fi 6, Bluetooth 5.0, USB Type-C
  • ƏS: Android 10.0 + OneUI 2.0
  • Rənglər: Güzgü ağı, Güzgü qarası, Qızıl (Bəzi ölkələrdə) və s.
  • Ölçülər: Açıq vəziyyətdə 167 x 73,6 x 7,2 mm, qatlanmış halda 87,4 x 73,6 x 17,3 mm
  • Ağırlıq: 183 qram

Galaxy Z Flip modeli 14 Fevraldan etibarən satışa çıxacaq və 1380 dollara satılacaq.

 



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


SpaceX şirkəti 2021-ci il üçün Yer kürəsinin orbitinə turistik uçuş planlaşdırır..

SpaceX kosmik turizm ilə məşğul olan Space Adventures adlı ABŞ şirkəti ilə Yer kürəsinin orbitinə 4 ..


Windows 7 ilə çalışan kompüterlərə hackerlər tərəfindən aktiv şəkildə kiberhücum..

Keçən ayın ortasında Microsoft şirkəti Windows 7 əməliyyat sisteminin dəstəyini rəsmi olaraq dayandı..


Koronavirus səbəbilə büdcəli iPhone 9-un satışları təxirə salına bilər..

Çində yayılmağa davam edən koronavirus bir çox texnoloji şirkətlərin işlərinə təsir edib. Apple şirk..


OnePlus 8 smartfonlarının texniki özəllikləri və qiymətləri məlum oldu

OnePlus 8 smartfon seriyasının cihazlarının texniki özəllikləri barəsində məlumatlar daha əvvəllər o..


Android tətbiqləri dəstəkləyən Windows 10 əməliyyat sistemli smartfon anons edil..

Windows dəstəkli smartfonların istehsalı hələ bir neçə il bundan öncə dayandırıldı. Nəticədə Microso..


Saniyədə 7.5 Gbit yüklənmə sürəti: Snapdragon X60 adlı yeni 5G modem təqdim edil..

Qualcomm şirkəti üçüncü nəsil modem radiosistemi olan Snapdragon X60 5G Modem-RF System-i təqdim etd..