
'Samsung' gələcəyin ekran və saatlarını əks etdirən cihazların patentlərini aldı
Elm & Texnologiya
06.01.2018
Emil
“Samsung” şirkəti bir neçə maraqlı cihazın patentini əldə edib.

Onlardan biri toxunmaya həssas
elastiki sensor ekran, digəri isə batareyanın qeyri-adi yerdə yerləşdiyi smart
saatdır. Güman olunur ki, patenti əldə olunmuş yeni elastiki ekran Galaxy X
smartfonu üçün nəzərdə tutulub. Ekran elə materialdan hazırlanıb ki, istifadəçi
ekrana klik edərkən o bir qədər əyilir. Şirkətin digər patenti isə bir sıra
maraqlı funksiyalara sahib smart saatı əks etdirir.

Patentin əks etdirdiyi yeni
smart saatı barmaq izi skanı, kamera və məsafə ölçən ötürücülərə sahibdir.
Lakin yeni smart saatda ən maraqlı özəllik ondan ibarətdir ki, onun barmaq izi
skanı qola bərkidilərn kəmərdə yerləşib. Qeyd olunub ki, bu texnologiya nəinki
dəri və plastik kəmərlər üçün, həmdə dəmir materialdan hazırlanmış kəmərlər də üçün
keçərlidir. Cihazın arxa panelində dairəvi LED indikatorlar yerləşir.

Maraqlısı
ondadır ki, patentdə əks olunmuş cihazın ölçüsü artıq satışa çıxmış Gear
cihazlarının ölçülərindən heç də böyük deyil. Patentdə əks olunmuş cihazların nə
dərəcədə real olduğu bilinmir. Lakin çox güman ki, şirkət həmin cihazlardakı
texnologiyalardan öz gələcək məhsulları üçün artıq istifadə edir.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
