
'Samsung' göz ilə idarə olunan dronun patentini aldı
Elm & Texnologiya
20.02.2018
Emil
“Samsung” şirkəti istifadəçinin göz, əl hərəkətlərini izləyən, onun səsini təyin edə bilən və xüsusi ekrana sahib olan dronun patentini alıb.
Bu barədə The Verge saytı xəbər
verib. Patentdəki məlumata əsasən dron kamera və izləmə sistemi ilə təchiz
olunacaq. Cihazın sürəti, uçuş istiqaməti isə istifadəçinin göz, əl və baş hərəkətləri
vasitəsilə idarə olunacaq. Bundan əlavə olaraq sözügedən dron avtomatik şəkildə
istifadəçinin yerini təyin edə biləcək. Şirkətin dronunda hiroskop, hərəkət
ötürücüləri, akselerometr, GPS, Wi-Fi, vibrasiya sistemi və səsin təyin
olunması texnologiyası olacaq. Həmçinin drondakı ekran istifadəçi üçün rahat olacaq
vəziyyətlərə görə öz yerini ayarlaya biləcək.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
