Logo
    main-post-cover

    Samsung hər iki istiqamətə qatlana bilən yeni ekranını təqdim edib

    Elm & Texnologiya
    09.01.2024
    Emil
         Samsung Display şirkəti CES 2024 sərgisi çərçivəsində həm xarici həm də daxili istiqamətə qatlana bilən ekranını təqdim edib. Şirkətin bu yeni qatlana bilən ekranı In&Out Flip adını əldə edib. Sözügedən ekranın həm ön həm də arxa hissəsi sensorludur. Buna görə də bu cür ekrana sahib olacaq smartfonun xarici hissəsinə əlavə sensorlu ekran yerləşdirməyə ehtiyac qalmayacaq. Nəticədə bu yeni qatlana bilən ekran həm əsas daxili ekran rolunu həm də xarici köməkçi ekran rolunu oynayır.
         Samsung-un fikrincə bu öz növbəsində qatlana bilən smartfonları daha kompakt və nazik etməyə yardımçı olacaq. Bununla yanaşı şirkət bildirib ki, In&Out Flip adlı ekran yüksək dözümlülüyə sahibdir. Şirkət onun hazırlanması çərçivəsində ekranı çoxlu sayda dözümlülük testlərindən keçirib. Məlumata əsasən bu yeni qatlana bilən ekran -20 +60 dərəcə Selsi temperatur şəraitində çalışa bilir. In&Out Flip ekranını hansı smartfonların əldə edəcəkləri və bunun nə zaman baş verəcəyi barəsində məlumat verilməyib.
    Paylaş