
Samsung ilk dəfə təmiz Android əməliyyat sistemli smartfon təqdim edəcək
Elm & Texnologiya
23.06.2018
Emil
Samsung şirkəti yeni smartfonunu təmiz
Android Oreo əməliyyat sistemi əsasında satışa çıxarmağı planlaşdırır. Bu isə o
deməkdir ki, smartfon şirkətin ənənəvi interfeysinə və kənar ayarlara sahib
olmayacaq. SM-J260F, SM-J260M və SM-J260G model nömrəli smartfon versiyaları
artıq bir sıra ölkələrdə test olunurlar. İndi isə smartfonun bəzi texniki özəllikləri
məşhur Geekbench bençmark saytında ortaya çıxıb. Beləliklə Samsung SM-J260G
smartfonu Android Go proqramı çərçivəsində reallaşdırılacaq ilk Samsung modeli
olacaq. Smartfon bahalı olmayan smartfonlar əsasında optimallaşdırılmış Android
8.1 Oreo əməliyyat sistemi vasitəsilə çalışacaq. Geekbench məlumatlarına əsasən
smartfon 1.43 GHz tezlikdə çalışacaq 4 nüvəli prosessor və 1 GB RAM ilə təchiz
olunacaq. Yeni Samsung modelinin təqdimat və satış tarixləri barəsində isə hələki
heç bir məlumat yoxdur.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Qatlana bilən Honor Magic V5 təqdim olunub - QİYMƏTİ
