
'Samsung' kənarları maksimal şəkildə əyilən smartfonun patentini aldı
Elm & Texnologiya
01.12.2017
Emil
İntellektual mülkiyyətin ümumdünya təşkilatı “Samsung” şirkətinin kənar tərəfləri maksimal dərəcədə əyilmiş smartfonunun patentini qeydiyyatdan keçirdib.
Patent fotolardan görmək olar ki,
şirkət arxa qapağa kimi əyilə biləcək və yarıdairəvi görünüşə sahib olacaq
smartfon üzərində çalışır. Patentin təsvirində isə qeyd olunub ki, bu cür
formaya sahib ekran istifadəçi interfeysini yeni səviyyəyə qaldıracaq və
smartfondan tamamilə başqa cür istifadəyə istifadəçini məcbur edəcək.

İlk
baxışdan düşünmək olar ki, bu texnologiya sadəcə olaraq elə patent şəklində
qalaraq heç zaman reallaşdırılmayacaq. Lakin 2014-cü ildə Galaxy Note Edge ilə
bağlı bütün skeptik xəbərləri və məlumatları nəzərə almaq lazımdır. Nəticədə
smartfon işıq üzü gördü. Günümüzdə isə bu cür texnologiya ilə heç kimi təəccübləndirmək
mümkün deyil. Belə ki, demək olar ki, hər bir Çin şirkəti qıraqları əyilmiş
smartfonu istifadəçilərə təqdim etməyə çalışır. Hər halda “Samsung”un bu patentinə şans vermək
lazımdır.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
