main-post-cover

    Samsung köhnə iPhone'nu yeni Galaxy S10-a dəyişmək üçün alıcılara 550$ endirim təklif edəcək

    Elm & Texnologiya
    14.02.2019
    Orkhan Karimov
        Samsung şirkəti Galaxy S10 seriyasının reklam kampaniyasına start verir. Beləliklə yeni alıcıları cəlb etmək üçün şirkət köhnə iPhone modellərini yeni Galaxy S10-a dəyişmək təklifini verir. Bu halda alıcılar yeni Galaxy S10-nun alışında 550$ endirim əldə edəcəklər. Bu barədə Macdigger saytı xəbər verib. Beləliklə Galaxy S10 seriyasının təqdimatına artıq bir neçə gün qalıb və bu səbəbdən Samsung şirkəti öz yeni smartfon seriyasının reklam kampaniyasının keçirilməsinə start verib.
        Trade-in xidmətindən istifadə edəcək alıcılar 550$ dəyərində endirim əldə edəcəklər. Bir şərtlə ki, onların smartfonları iPhone X, XS, XS Max, 8 və ya 8 Plus olsunlar. iPhone 7 ilə 7 Plus modellərinin istifadəçiləri Galaxy S10 alışı zamanı 300$ endirim əldə edəcəklər. iPhone 6S6S Plus istifadəçiləri 150$, iPhone 6 istifadəçiləri isə 75$ endirim əldə edəcəklər. Qeyd etmək lazımdır ki, Samsung şirkətinin yeni Galaxy S10 seriyasının təqdimatı 20 fevral tarixində San Fransiskoda baş tutacaq. Məlumata əsasən ilk smartfon modelləri artıq mart ayının əvvəlində satışa çıxacaqlar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər