Samsung laboratoriyalarında 5G sürət rekordunu qırdı

Samsung laboratoriyalarında 5G sürət rekordunu qırdı

Texnologiya
16.04.2020 PAYLAŞIM

        Dünya hal-hazırda 5G şəbəkə sistemlərinə yavaş-yavaş keçid edir. Bu səbəbdən artıq şirkətlər də 5G texnologiyaları üzərində işləri sürətləndiriblər. Bunlardan biri də Samsung-dur. Şirkət özünün test laboratoriyalarında 5G-də mümkün olan ən yüksək sürəti əldə edərək rekorda imza atdı. Samsung, yüksək tezlikdə işləyən bir neçə şəbəkə kanalını birliktə istifadə edərək bu rekordu qıra bildi.

Samsung, 5G-də 8.5 Gbps kimi çox yüksək bir sürəti əldə edə bildi.


        Bu test zamanı Samsung, çox yüksək tezlikləri dəstəkləyən 5G modullarından (mmWave) istifadə etdi. Həmçinin bu testi reallaşdırmaq üçün ən son 5G modemləri ilə təchiz olunmuş cihazlar istifadə olundu. Test belə gerçəkləşdi: Əvvəlcə bu 2 cihaz çox yüksək tezlikli 5G modullarına siqnal göndərərək 4.3 Gbps sürətə çatdılar. Sonra isə 5G modemli bu 2 cihaz arasında 8.5 Gbps sürəti əldə etdilər. Qısaca saniyədə 8.5 GB həcmində trafik göndərmək/qəbul etmək mümkün oldu.

        Həmçinin qeyd edək ki, bu ilin əvvəllərində Samsung ilə Verizon şirkəti başqa bir test etmiş və bu test zamanı Verizon şirkətinin Teksasda yerləşən baza stansiyaları istifadə olunmuşdu. Bu test zamanı Verizon şirkəti Samsung-un yüksək tezlikli 5G modullarını istifadə edərək 800 Mhz spektri ilə 28 Ghz tezlik spektrini əlaqələndirə bilmişdi. Lakin testlərin nəticələri media ilə paylaşılmadı. Verizon, Samsung-un 5G modulları kommersiya məqsədilə istifadə etdiyini bildirmişdi.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Blue Origin şirkəti kosmik turistlər üçün olan New Shepard raketinin son uçuş te..

Jeff Bezos-un aerokosmik şirkəti olan Blue Origin özünün New Shepard adlı raketinin final uçuş testi..


NASA-nın yeni aparatının Aya çatdırılması SpaceX şirkətinə həvalə edilib..

NASA-nın Ay səthi üçün nəzərdə tutulmuş yeni aparatı (moon rover) Yer kürəsinin peykinə Falcon Heavy..


Huawei: 'Dünyada olan prosessor çatışmazlığı probleminin səbəbi ABŞ sanksiyaları..

Son zamanlarda dünyada mikrosxem çatışmazlığı problemi yaşanır. Bu isə öz növbəsində məhsulların qiy..


Apple növbəti təqdimat tədbirinin keçirilmə tarixini elan edib

Dünən internetdə Apple şirkətinin növbəti təqdimat tədbiri barəsində məlumat ortaya çıxmışdı. ..


2023-cü ildə Dubayda pilotsuz taksilər istifadəyə veriləcək (VİDEO)

Dubay şahzadəsi Hamdan bin Mohammad öz Twitter hesabında bildirib ki, yaxın gələcəkdə şəhər yolların..


Google Chrome brauzerinə çox faydalı multimedia funksiyası əlavə ediləcək..

Google Chrome-un test versiyasında Youtube-dan daha çox istifadə edənlər üçün faydalı funksiya reall..

×