Samsung naqilsiz Galaxy Buds Pro qulaqlığını və SmartTag axtarış trekerini təqdim edib - QİYMƏTİ

Samsung naqilsiz Galaxy Buds Pro qulaqlığını və SmartTag axtarış trekerini təqdim edib - QİYMƏTİ

Texnologiya
15.01.2021 PAYLAŞIM

    Galaxy S21 flaqman smartfonları ilə yanaşı Samsung şirkəti həmçinin naqilsiz Galaxy Buds Pro qulaqlığını və Galaxy SmartTag axtarış trekerini təqdim edib. Gəlin Galaxy Buds Pro qulaqlığından başlayaq. Şirkətin verdiyi məlumata əsasən bu yeni naqilsiz qulaqlıq yüksək keyfiyyətli səsə, sudan daha etibarlı qorunma özəlliyinə və ətraf səs küyün boğulması üzrə təkmilləşdirilmiş texnologiyaya sahibdir. Galaxy Buds Pro silikon materialdan hazırlanmış müxtəlif ölçülü dəyişdirilə bilən yastıqlara sahibdir. Hər bir qulaqlığın daxilində 6.5 mm-lik tviter (səs diapazonunun yüksək tezlikli hissəsini səslədirməyə imkan verən səsgücləndirici) və 11 mm-lik vufer (aşağı tezlikli səsgücləndirici) mövcuddur. Samsung-un sözlərinə əsasən bunların sayəsində Galaxy Buds Pro bütün naqilsiz qulaqlıqlar arasında ən yaxşı səs keyfiyyətini istifadəçiyə təqdim edir.


    Bundan əlavə olaraq hər bir qulaqlıq 3 mikforon və akselerometr ilə təchiz olunub. Bunlar isə öz növbələrində ətraf səs küyün boğulması prosesində vacib rol oynayırlar. Telefon zəngləri zamanı fondakı səslər bloklanır, Wind Shield texnologiyası isə küləyin səsindən qoruyur. Nəticədə danışıq zamanı həmsöhbət olan ikinci şəxs yalnız Galaxy Buds Pro-nun sahibinin səsini eşidir. Qulaqlıqda həmçinin ətraf səs küyün smart boğulmasından da istifadə olunur. Bu isə ətraf səs küyün 99%-nin boğulması imkanını yaradır. Bununla belə sistem ətrafda baş verənlərə avtomatik nizamlanır. Məsələn sakit mühitdə ətraf səs küyün boğulması aşağı səviyyəyə düşür. İstifadəçi danışmağa başalyan zaman isə həmin sistem ümumiyyətlə deaktiv olur. Danışığın bitməsindən 10-15 saniyə sonra ənənəvi ayarlar geridönüş edirlər.

    Galaxy Buds Pro-nun daha bir özəlliyi ondan ibarətdir ki, o, Samsung ekosisteminə daha dərindən inteqrasiya edilib. Məsələn istifadəçi Galaxy brendinin planşetində videoya baxıb bu qulaqlıqla musiqi dinləyən zaman ani telefon zənginə cavab verə bilər. Bu halda video avtomatik şəkildə dayandırılacaq və telefon danışığının bitməsindən sonra qaldığı yerdən davam edəcək. Nəticədə qulaqlıq özü avtomatik smartfondan planşetə keçid edəcək. Samsung yeni qulaqlıqda 360 dərəcəlik səsləndirmə funksiyasını reallaşdırıb. Bunun sayəsində istifadəçiyə elə gəlir ki, o, səsi çoxkanallı akustika vasitəsilə eşidir. Galaxy Buds Pro bir dəfə şarj olunandan sonra 18 saat çalışa bilir. Qulaqlıqda sürətli şarj texnologiyası reallaşdırılıb. İstifadəçi qulaqlığın ayarlarını Galaxy Wearable tətbiqi vasitəsilə idarə edə bilər. Galaxy Buds Pro həmçinin IPx7 standartı üzrə sudan qorunur. Qulaqlıq 29 yanvar tarixində 199$ qiymətində satışa çıxacaq.

    Təqdimat çərçivəsində Samsung şirkəti SmartThing Find adlı yeni servisdən danışıb. Bu servis vasitəsilə istifadəçi öz Galaxy cihazlarının harda yerləşdiklərini biləcək. Bu səbəbdən də şirkət müxtlif əşyaların yerlərini təyin etmək üçün nəzərdə tutulmuş Galaxy SmartTag adlı axtarış trekerini təqdim edib. SmartThing Find servisi Galaxy ailəsinə daxil olan cihazların harda yerləşdiklərini öyrənməyə imkan verir. Bu cür cihazlara smartfonları, planşetləri, qulaqlıqları, smart saatları və s. misal gətirmək olar. Sözügedən servis bu və ya digər cihazın yerləşmə yerindən asılı olmayaraq onu xəritədə göstərir. İstəyir cihaz yaxın otaqda yerləşsin və ya digər ölkədə.

    Bununla belə cihazların xəritədə əks olunmaları üçün onların internetə qoşulmaları şərt deyil Belə ki, servis Bluetooth Low Energy Ultra-WideBand texnologiyaları əsasında çalışır və itmiş cihazların yerlərini yaxınlıqda olan digər Galaxy cihazları sayəsində təyin edir. Əgər itmiş cihaz yaxınlıqda yerləşirsə, SmartTing Find xüsusi axtarış rejimini işə salır. Xüsusi axtarış rejimi çərçivəsində smartfonun və ya planşetin ekranında itmiş əşyanın siqnal gücü əks olunur. Nəticədə cihaz nə qədər yaxındırsa, siqnal bir o qədər güclü olur. Bununla yanaşı itmiş cihazda da səsli siqnalı işə salmaq mümkündür. Bu isə onun tapılması prosesini daha da sadələşdirir.

    İnsanlar müxtəlif cihazlarla yanaşı həmçinin adi əşyaları da itirirlər. Bu cür vəziyyətlər üçün şirkət Galaxy SmartTag axtarış trekerini hazırlayıb. Böyük olmayan və brelok formasında reallaşdırılmış bu cihaz naqilsiz qoşulma imkanına sahib olmayan istənilən əşyaya bərkidilə bilər. Digər Galaxy cihazları kimi SmartTag-ı da SmartThing Find servisinə əlavə etmək olar. Bu halda istifadəçi artıq SmartTag trekerinin yerləşdiyi yeri təyin edəcək. Bu üsul ilə isə o, SmartTag-a bərkidilmiş əşyanı tapa biləcək. Bundan əlavə olaraq hər bir trekerə bərkidildiyi əşyanın adını vermək mümkündür. SmartTag da axtarış zamanı səs siqnalı verməyi bacarır. Galaxy SmartTag trekeri 29 yanvar tarixində 30$ qiymətində satışa çıxacaq.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Qualcomm orta büdcəli smartfonlar üçün yeni Snapdragon 778G prosessorunu təqdim ..

Qualcomm şirkəti Snapdragon 700 seriyasının yeni prosessorunu təqdim edib. Söhbət, Snapdragon 778G-d..


Starlink peyk internetinin sürəti 2 dəfə daha artıb

Reddit istifadəçilərindən biri SpaceX şirkətinin Starlink peyk internetinin yeni sürət testi nəticəl..


Proqramlaşdırma dilləri üçün nəzərdə tutulmuş süni zəka əsaslı tərcüməçi yaradıl..

Think 2021 adlı konfrans çərçivəsində IBM şirkəti süni zəka əsasında yaradılmış CodeNet adlı yeni al..


Starship kosmik gəmisi Texasdan Havay adalarına kimi ilk orbital uçuşunu reallaş..

SpaceX şirkətinin göndərdiyi sorğuya əsasən Starship kosmik gəmisinin prototipi Texas ştatındakı sta..


MediaTek şirkəti büdcəli smartfonlar üçün Dimensity 900 adlı performanslı proses..

MediaTek şirkətinin Dimensity 900 adlı yeni 6 nanometrlik prosessoru yüksək tezlikli təsvir yenilənm..


Apple şirkəti öz portativ oyun konsolunu satışa çıxarda bilər

Son zamanlarda gaming sahəsi daha da böyüyüb və sürətlə inkişaf etməyə davam edir. Bu cür sürətli bö..

×