main-post-cover

    Samsung növbəti flaqman Exynos prosessoru üzərində çalışır

    Elm & Texnologiya
    13.03.2023
    Farid Pardashunas
        Fevral ayının əvvəlində təqdim edilmiş Galaxy S23 smartfon seriyasına daxil olan bütün modellərin Snapdragon 8 Gen 2 prosessoru ilə təchiz olunmalarına baxmayaraq Samsung özünün yeni Exynos flaqman prosessoru üzərində çalışmağa davam edir. İnsayderlərin vermiş olduqları yeni məlumata əsasən Samsung-un hazırladığı növbəti flaqman Exynos prosessoru Exynos 2300 adını əldə edəcək. Sözügedən prosessor şirkət daxilində Quadra kod adına sahibdir.
        Məlumatda qeyd edilib ki, Exynos 2300 prosessoru 1+4+4 nüvə arxitekturasını əldə edəcək. Yəni prosessor 3.09 GHz tezlikdə çalışan 1 ədəd Cortex-X3 nüvəsini, 2.65 GHz tezlikdə çalışan 4 ədəd Cortex-A715 nüvəsini və 2.1 GHz tezlikdə çalışan 4 ədəd Cortex-A510 nüvəsini əldə edəcək. Samsung-un keçən ilki flaqman prosessoru kimi Exynos 2300 da AMD-nin RDNA 2 qrafik çipini əldə edəcək. Samsung yeni flaqman Exynos prosessorunu bu ilin ikinci yarısında təqdim edə bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər