main-post-cover

    Samsung orta büdcəli smartfonları üçün yeni Exynos prosessoru üzərində çalışır

    Elm & Texnologiya
    19.10.2023
    Emil Nəcəfov
         Samsung şirkəti hal hazırda Exynos 2400 flaqman prosessoru ilə yanaşı həmçinin orta büdcəli smartfonlar üçün nəzərdə tutulmuş yeni prosessoru üzərində də çalışır. Söhbət, Exynos 1480-dən gedir. Sözügedən yeni prosessor Galaxy A54-də istifadə edilən Exynos 1380-nin davamçısı olacaq. Məlum olub ki, Exynos 1480 həmçinin Geekbench testlərindən də keçib. Geekbench testlərinə əsasən yeni prosessor 8 nüvəli olacaq. Onlardan 4-ü 2.75 GHz tezlikdə, digər 4-ü isə 2.05 GHz tezlikdə çalışacaq.
         Bundan əlavə olaraq prosessor AMD arxitekturası əsasında hazırlanmış Xclipse 530 qrafik çipinə sahib olacaq. Qeyd etmək lazımdır ki, Samsung sözügedən qrafik çipi ilk dəfə Exynos 2200 flaqman prosessorunda istifadə etmişdi. Exynos 1480 Geekbench-in bir nüvəli testi çərçivəsində 873 xal, çox nüvəli testi çərçivəsində isə 2680 xal toplayıb. Prosessorun nə zaman təqdim olunacağı bilinmir. Onu ilk əldə edəcək smartfonun isə Galaxy A55 olacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung Galaxy S24 smartfonları eyni texnologiya əsasında hazırlanmış ekranları əldə edəcəklər
    samsung-galaxy-s24-smartfonlari-eyni-texnologiya-esasinda-hazirlanmis-ekranlari-elde-edecekler
    Bu ilin üçüncü rübündə alıcılar arasında ən məşhur olmuş smartfon brendlərinin adları açıqlanıb
    bu-ilin-ucuncu-rubunde-alicilar-arasinda-en-meshur-olmus-smartfon-brendlerinin-adlari-aciqlanib
    Samsung Galaxy S24 və OnePlus 12 smartfonlarının ekranlarında parlaqlıq hansı səviyyədə olacaq?
    samsung-galaxy-s24-ve-oneplus-12-smartfonlarinin-ekranlarinda-parlaqliq-hansi-seviyyede-olacaq
    Android 14 əsaslı OneUI 6.0 betası Galaxy M23 5G üçün istifadəyə verilib
    android-14-esasli-oneui-60-betasi-galaxy-m23-5g-ucun-istifadeye-verilib
    Samsung Galaxy Watch Ultra smart saatını təqdim edə bilər
    samsung-galaxy-watch-ultra-smart-saatini-teqdim-ede-biler