
Samsung öz Galaxy S20 smartfonlarını Exynos 990-dan Snapdragon 865-ə keçirdir
Elm & Texnologiya
01.02.2020
Emil
Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Samsung şirkəti Galaxy S20 smartfon seriyasının təqdim olunması ilə Snapdragon prosessorlarından istifadə coğrafiyasını genişləndirəcək. Yeni verilmiş məlumat isə bunu təsdiqləyir. Adətən şirkət öz flaqman smartfonlarını iki versiyada təqdim edir: Snapdragon prosessoruna sahib olanlar və öz istehsalı olan Exynos prosessorlarına sahib olanlar. Lakin istifadəçilərin əksəriyyəti Snapdragon prosessorlarına üstünlük verirlər. Görünür, şirkət bu məsələni nəzərə alıb.
Bu barədə Gagadget saytı xəbər verib. Ice Universe ləqəbli məşhur insayderin verdiyi məlumata əsasən Galaxy S20 smartfon seriyasının cihazları hətta Cənubi Koreya bazarında da Snapdragon 865 prosessoru ilə satışa çıxacaqlar. Adətən Cənubi Koreyada flaqman smartfonlar Exynos prosessorları ilə satışa çıxırdılar. Bundan əlavə olaraq məşhur Geekbench bençmark saytında təqdim olunacaq 3 Galaxy S20 modeli ortaya çıxıb.
Həmin modellər ABŞ və Cənubi Koreya bazarları üçün nəzərdə tutulub və onların hamısı Snapdragon 865 prosessoruna sahibdirlər. Rəsmi məlumat hələ olmasa da əvvəlki məlumat sızıntılarında qeyd olunurdu ki, Galaxy S20 modellərinin Exynos 990 prosessoruna sahib versiyaları yalnız Avropa bazarında satışa çıxacaqlar. Qeyd etmək lazımdır ki, Galaxy S20 smartfon seriyasının təqdimatı 11 fevral tarixində baş tutacaq.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
