main-post-cover

    Samsung öz smartfonlarındakı sistem tətbiqlərinin daxilində olan reklamları aradan qaldıracaq

    Elm & Texnologiya
    18.08.2021
    Emil Nəcəfov
        Samsung şirkəti öz smartfonlarına öncədən quraşdırılmış standart sistem tətbiqlərindəki qıcıqlandırıcı reklam elanlarını aradan qaldırmağa qərar verib. Bir qayda olaraq demək olar bütün Android smartfon istehsalçıları öz proqram təminatlarına qıcıqlandırıcı reklam elanlarını inteqrasiya edirlər. Samsung da istisna hal deyil. Lakin verilmiş məlumata əsasən Samsung-un mobil şöbəsinin rəhbəri və prezidenti olan TM Roh şirkət daxilində keçirilmiş görüşlərdən birində qeyd edib ki, Samsung öz smartfonlarında öncədən quraşdırılmış sistem tətbiqləri daxilindəki reklam elanlarından imtina edir. “Biz, Weather, Samsung Pay, Samsung Themes və s. kimi standart sistem tətbiqlərindən reklam elanlarını aradan qaldırmaq qərarını verdik” - deyə TM Roh qeyd edib.
        Reklam elanları One UI istifadəçi interfeysinin yenilənmsi ilə aradan qaldırılacaq. Lakin təəssüflər olsun ki, bu prosesin nə zaman baş verəcəyi barəsində məlumat verilməyib. Buna görə də reklam elanlarının aradan qaldırılmasının yaxın zamanda olacaq One UI yenilənməsində reallaşdırılıb-reallaşdırılmayacağı sual altındadır. Qeyd etmək lazımdır ki, artıq bir neçə ildir ki, Xiaomi şirkəti də öz smartfonlarında bu praktikanı təcrübədən keçirdir. Xiaomi istifadəçiləri dəfələrlə bu vəziyyətdən şikayətçi olsalar da görünür, şirkət öz smartfonlarındakı reklam elanlarından imtina etmək niyyətində deyil.
    Linki kopyala