Samsung öz smartfonlarını alıcılara dron vasitəsilə çatdırmağa başlayıb

Samsung öz smartfonlarını alıcılara dron vasitəsilə çatdırmağa başlayıb

Texnologiya
29.03.2021 PAYLAŞIM

    Samsung şirkəti öz mobil məhsullarının yeni sürətli çatdırılması üsulunu test etməyə başlayıb. Belə ki, şirkət dronlardan istifadə etməyə qərar verib. Bunun sayəsində alıcılar ödəniş etdikdən sonra yeni smartfonlarını bir neçə dəqiqəyə əldə edə bilərlər. Samsung-un bu təcrübəsi İrlandiyada reallaşdırılır. Bu məsələdə şirkət Manna Drone Delivery adlı yerli servis ilə əməkdaşlıq edir. Servisin təqdim etdiyi dronlar 80 metr hündürlükdə saatda 60 km sürətlə hərəkət edə bilirlər.


    İlk alıcılar isə dron vasitəsilə növbəti məhsulları əldə edə bilərlər: Galaxy SGalaxy A seriyasının smartfonları, Galaxy Tab S planşetləri, Galaxy Watch 3 smart saatı və Galaxy Buds Pro qulaqlıqları. Məhsulun sürətli çatdırılması bir sıra faktorlardan asılıdır. Həmin faktorlara həmçinin alıcıya qədər olan məsafə də daxildir. İlk mərhələdə Samsung məhsullarını dronlar vasitəsilə yanız Oranmore adlı şəhərin sakinləri əldə edə bilərlər. Məhsulun ortalama çatdırılma müddəti 3 dəqiqə təşkil edir. Şirkət bu çatdırılma üsulunu bütün İrlandiyada işə salmağı planlaşdırır. Yeni çatdırılma xidmətinin digər ölkələrdə də işə salınıb-salınmayacağı bilinmir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Blue Origin şirkəti gələn ay olacaq ilk kosmik turistik uçuşa əlavə sərnişin yer..

Jeff Bezos-un Blue Origin şirkəti kosmosa ilk özəl uçuş missiyası üçün əlavə sərnişin yerini 28 mily..


NASA agentliyi astronavtları Aya yollayacaq yeni raketini sərgiləyib

NASA agentliyi ilk dəfə olaraq özünün Space Launch System (SLS) adlı raketlərini sərgiləyib...


Facebook-un ilk smart saatı barəsində yeni məlumatlar verilib

İnsayderlər Facebook şirkətinin ilk smart saatı barəsində yeni məlumatları veriblər.


Məşhur analitik Apple şirkətinin AR cihazının nə zaman təqdim olunacağını açıqla..

WWDC 2021 konfransından sonra məşhur analitik Ming-Chi Kuo, Apple şirkətinin öz artırılmış reallıq c..


Amazon-un yaradıcısı Jeff Bezos yaxın zamanda kosmosa yollanacaq

Amazon şirkətinin təsisçisi Jeff Bezos heç gözlənilmədən kosmosa uçmaq planını elan edib...


Çin Kosmik Stansiyasının yeni növ mühərriklər vasitəsilə çalışacağı məlum olub..

Yer kürəsinin orbitində yığılmasına start verilmiş Çin Kosmik Stansiyası barəsində yeni məlumatlar o..

×