main-post-cover

    Samsung qapaqlı premium smartfon seriyasını yeniləyəcək

    Elm & Texnologiya
    16.09.2019
    Farid Pardashunas
        Çərçivəsiz ekrana sahib smartfonların trenddə olduqları bir vaxtda hətta ənənəvi gövdə dizaynına sahib smartfonlara da tələbat var. Buna görə də Samsung şirkəti iki ekrana, fiziki klaviaturaya, qatlana bilən gövdə dizaynına və flaqman prosessora sahib qapaqlı W2020 smartfon modelini təqdim etməyə hazırlaşır. Bu barədə IThome saytı xəbər verib. Məlumata əsasən şirkət bu smartfonu ilin sonuna kimi satışa çıxardacaq.
        Smartfon Full HD keyfiyyətli 4.2 düym Super AMOLED əsas ekran əldə edəcək. İkinci ekran isə smartfonun xarici hissəsində yerləşəcək. Bununla yanaşı W2020 UFS 3.0 standartlı 512 GB daxili yaddaş həcmini də əldə edəcək. Əsas texniki göstəricilərə gəldikdə isə smartfon Snapdragon 855 prosessoru və 8 GB RAM ilə təchiz olunacaq.
        Müqayisə üçün qeyd etmək lazımdır ki, keçən ilki W2019 modeli Snapdragon 845 prosessoru və 6 GB RAM ilə təchiz olunur. Yeni model həmçinin üçlü arxa kamera və keçən ilki model ilə müqayisədə daha böyük həcmli batareya əldə edəcək. Smartfonun təqdimat tarixi, qiyməti və dəqiq texniki göstəriciləri barəsində hələki bir məlumat yoxdur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər