main-post-cover

    Samsung rəsmi olaraq Galaxy Fold'un satış tarixini təsdiqlədi

    Elm & Texnologiya
    05.09.2019
    Emil Nəcəfov
        Bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Samsung şirkəti özünün ilk qatlana bilən smartfon modeli Galaxy Fold-u sentyabr ayının əvvəlində satışa çıxardacaq. İndi isə şirkət rəsmi olaraq bu məlumatı təsdiqlədi. Beləliklə Galaxy Fold smartfonu 6 sentyabr tarixində satışa çıxacaq. Yəni sabah. Bu barədə Sammobile saytı xəbər evrib
         Lakin 6 sentyabr tarixində smartfon ilk öncə Cənubi Koreyada satışa çıxacaq. Smartfon satışa iki rəngdə çıxacaq: Cosmos BlackSpace Silver. Şirkət həmçinin qeyd edib ki, ayın sonunda Galaxy Fold Almaniya, Fransa, İngiltərə, Sinqapur və ABŞ bazarlarında satışa çıxacaq. Smartfonun qiyməti isə 1900-2000$ dəyərində (satılacağı regiondan asılı olaraq) təşkil edəcək. 
    Linki kopyala