
Artıq bir neçə müddətdir ki, Samsung şirkəti öz diqqətini özəl funksiyaların flaqman modellərdən öncə əldə edən orta büdcəli smartfon modellərinə yönəldib. Beləliklə şirkətin yeni strategiyası əsasında satışa çıxacaq ilk smartfon modelini artıq 11 Oktyabr tarixində təqdim edə bilərlər. Belə ki, həmin tarix üçün şirkət təqdimat tədbiri anons edib. Görünür, “4x fun” sitatı ilə şirkət təqdim olunacaq yeni smartfon modelində 4 arxa kameranın olacağına işarə edib.
Qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə şirkətin həqiqətən də
belə bir smartfon üzərində çalışdığı barəsində məlumatlar yayılmışdı. Bununla belə
həmin mesaj başqa məna da daşıya bilər. Məsələn 3 arxa kamera və bir ədəd ön
kamera. Sözügedən təqdimat şirkətin rəsmi saytında canlı yayım vasitəsilə
istifadəçilərə göstəriciləcək. Bu isə o deməkdir ki, smartfon heç də adi bir
cihaz olmayacaq. Yeni smartfonun kameralar sistemi barəsində hələki heç bir məlumat
yoxdur. Əlavə kamera modulları obyektin optik yaxınlaşdırılması, genişbucaqlı çəkilişi
və ya 3D modelinin yaradılması üçün istifadə oluna bilərlər.
Şərh yoxdur