Logo
    main-post-cover

    Samsung şirkəti 144 MP-lik kamera modulu üzərində çalışır

    Elm & Texnologiya
    17.12.2019
    Emil
        64 MP və 108 MP-lik kameralara sahib smartfonlar hələ azlıq təşkil etsələr də Samsung şirkəti artıq tamamilə yeni kamera modulu üzərində çalışır. Belə ki, Ice Universe ləqəbli məşhur insayderin öz mənbələrinə istinadən verdiyi məlumata əsasən Samsung şirkəti hal hazırda 144 MP-lik kamera modulu üzərində çalışır. Bu barədə Gagadget saytı xəbər verib.
        Məlumatda qeyd edilib ki, yeni kamera modulunun istehsalında Samsung 14 nanometrlik texnoloji prosesdən istifadə edəcək. 144 MP-lik kamera modulu barəsində digər bir məlumat yoxdur. Çox güman ki, şirkətin bu kamera modulu 2020-ci ilin ikinci yarısında təqdim olunacaq. Həmin kameraya sahib smartfonları isə 2020-ci ilin sonundan və ya 2021-ci ilin əvvəlindən tez gözləmək lazım deyil. 
    Paylaş
    Bənzər xəbərlər