
Samsung şirkəti 3 ekranlı smartfonun patentini aldı
Elm & Texnologiya
31.01.2020
Emil
Samsung şirkəti qeyri adi dizayna sahib smartfonların patentlərini əldə etməyə davam edir. Beləliklə şirkətin yeni patentində əks olunmuş smartfon modeli digər istehsalçıların indiyənə kimi satışa çıxartdıqları smartfonlara heç bənzəmir. Bu barədə Letsgodigital saytı xəbər verib. Samsung Display ABŞ-ın ticarət nişanları və patentləri agentliyinə “Portativ terminal və işarələrin nizamlanması üsulu” adlı patent sorğusu göndərib. Göndərilmiş patent sorğusunda 3 ekrana sahib qeyri adi smartfondan bəhs olunur.

Məlumatda qeyd olunub ki, ekranlardan birincisi əsas, yerdə qalan ikisi isə müxtəlif növ kontentlərin əks edilməsi üçün köməkçi ekrandır. Məsələn yarımdairəvi ekranda videoların oynadılmasının idarəolunması və səsin tənzimlənməsi düymələri əks olunacaqlar. Mini ekranlarda əks olunmuş düymələri elə idarə etmək olar ki, əlavə menyu əsas ekranda ortaya çıxmasın. Tətbiqlərin işə salınması zamanı ikinci ekranda onların ikonları əks olunacaqlar.

Bu isə öz növbəsində işə salınmış tətbiqlər arasında sürətli keçid imkanını verir. Kameranın aktivləşdirilməsi halında təsvir əsas ekranda göstərilir. Köməkçi ekranlarda isə videoçəkilişi reallaşdırmağa imkan verən idarəetmə düymələri olur. Smartfon gövdəsinin çərçivəsinin bir qədər əyildiyini nəzərə alsaq, ön kameranı heç bir çıxıntı hissə olmadan ekranın üzərində yelrəşdirmək mümkün olub. Bu cür smartfonun nəticədə satışa çıxıb-çıxmayacağı bilinmir.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

iPhone 17 Pro-nun ən kefiyyətli fotoları təqdim edilib
