main-post-cover

    Samsung şirkəti 5000 mAh-lıq batareyaya sahib Galaxy A31-i təqdim edib

    Elm & Texnologiya
    24.03.2020
    Emil Nəcəfov
        Galaxy A11Galaxy A41 smartfonlarından sonra Samsung şirkəti Galaxy A seriyasının daha bir modelini təqdim etdi. Söhbət, Galaxy A31 smartfon modelindən gedir. Bu smartfonun əsas özəllikləri sırasında minimal çərçivələrə sahib Super AMOLED ekran, dördlü arxa kamera, böyük həcmli batareya və NFC modul var. Beləliklə Galaxy A31 smartfonu 2400x1080 piksel keyfiyyətli 6.4 düym Super AMOLED ekrana sahibdir. Ekran üzərində ön kamera üçün nəzərdə tutulmuş damcı formalı çıxıntı hissə yerləşdirilib.
        Bununla yanaşı smartfonun barmaq izi skanı texnologiyası da birbaşa ekrana inteqrasiya edilib. Əsas texniki göstəricilərə gəldikdə isə smartfon 8 nüvəli MediaTek Helio P65 prosessoru, Mali-G52 qrafik sürətləndirici, 4/6 GB RAM, 64/128 GB daxili yaddaş həcmi (512 GB-a kimi microSD dəstəkli), 48 MP (f/2.0 diafraqmalı) + 8 MP (f/2.2 diafraqmalı və 123 dərəcə bucaq təsvirli) + 5 MP (makroobyektiv) + 5 MP (ToF sensor) dördlü arxa kamera, 20 MP-lik (f/2.2 diafraqmalı) ön kamera və 15 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub.
        Galaxy A31 smartfonu həmçinin USB Type-C girişi və 3.5 mm-lik audiogirişi özündə birləşdirir. O həmçinin Samsung Pay kontaktsız ödəniş servisi üçün nəzərdə tutulmuş NFC modula da sahibdir. Smartfon One UI 2.0 interfeysli Andorid 10 əməliyyat sistemi vasitəsilə çalışır. Galaxy A31-in nə zaman satışa çıxacağı və hansı qiymətə satılacağı barəsində məlumat verilməyib.
    Linki kopyala