Samsung şirkəti büdcəli Galaxy A21s smartfon modelini təqdim edib - QİYMƏTİ

Samsung şirkəti büdcəli Galaxy A21s smartfon modelini təqdim edib - QİYMƏTİ

Texnologiya
17.05.2020 PAYLAŞIM

    Çoxlu sayda olmuş məlumat sızıntılarından sonra Samsung şirkəti Galaxy A21s adlı büdcəli smartfon modelini təqdim edib. Smartfonun əsas özəllikləri sırasında Infinity-O ekran, dördlü arxa kamera və yüksək həcmli batareya var. Beləliklə Galaxy A21s smartfonu 1600x720 piksel keyfiyyətli ekrana sahibdir. Ekranın yuxarı sol hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib. Barmaq izi skanı texnologiyası smartfonun arxa panelindədir.

    Əsas texniki göstəricilərə gəldikdə isə smartfon 8 nüvəli Exynos 820 prosessoru, 3/4/6 GB RAM, 32/64 GB daxili yaddaş həcmi (512 GB-a kimi microSD dəstəkli), 48 MP (f/2.0 diafraqmalı) + 8 MP (f/2.2 diafraqmalı ultragenişbucaqlı sensor) + 2 MP (ToF sensor) + 2 MP (makroobyektiv) dördlü arxa kamera, 13 MP-lik (f/2.2 diafraqmalı) ön kamera və 15 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Galaxy A21s 19 iyun tarixində satışa çıxacaq. Smartfonun baza versiyası (3 GB RAM və 64 GB daxili yaddaş) 199 avro qiymətində satılacaq.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Elon Musk-ın Boring Company şirkəti Las-Veqasda 51 stansiyalı yeraltı tunellər s..

Nevada ştatının Klark adlı dairəsi Elon Musk-a məxsus olan Boring Company şirkətinin planına razılıq..


Apple M1 Max-ın qrafik çipi bençmark testlərində Nvidia GeForce RTX 2080 Super-i..

Reddit istifadəçilərindən biri Apple şirkətinin yeni prosessoru olan M1 Max-ın sahib olduğu qrafik ç..


Məşhur insayder Snapdragon 898 və MediaTek Dimensity 2000 barəsində yeni məlumat..

Digital Chat Station ləqəbli məşhur çinli insayder Snapdragon 898 ilə MediaTek Dimensity 2000 proses..


Məşhur analitik: 'Apple qarışıq reallıq cihazının istehsalını təxirə salıb'..

Son zamanlar Apple şirkətinin qarışıq reallıq (AR+VR) eynəyini satışa çıxardacağı barəsində çoxlu sa..


Xiaomi-nin öz ilk elektromobil istehsalına nə zaman başlayacağı məlum olub..

Smartfonları ilə tanınan Xiaomi şirkəti yaxın bir neçə il ərzində öz elektromobil istehsalına start ..


Intel Core i9-dan daha güclü: Apple M1 Max prosessoru Geekbench testlərindən keç..

Yeni MacBook Pro (2021) noutbuklarının təqdimatlarından sonra internetdə M1 Max prosessorunun ilk Ge..

×