
Samsung şirkəti Çindəki zavodlarından birini bağlamaq qərarını verib
Elm & Texnologiya
12.12.2018
Orxan
Samsung şirkəti Çində mobil ichazların istehsalı ilə məşğul olan iki zavoddan birini bağlayır. Həmin zavodda 2600 nəfər insan çalışır. Təbii ki, zavodun bağlanması nəticəsində işçilərə kompensasiya ödəniləcək, onların bir hissəsi isə şirkətin digər zavodlarına yönləndiriləcək. Zavodun bağlanmasının əsas səbəbi isə ölkədə Samsung məhsullarına tələbatın az olmasıdır. Belə ki, bu göstərici 1%-dir. Apple şirkətində isə 9% təşkil edir. Məlumata əsasən sözügedən zavodda il ərzində 36 milyon cihaz istehsal edilirdi. Bununla belə bu o demək deyil ki, Samsung öz smartfonlarının isethsal miqyasını kiçildir. Təbii ki, bu o halda baş verə bilər ki, əgər şirkət Huawei və Xiaomi kimi şirkətlərə uduzaraq bazardakı mövqeyini aşağı salsın.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
