main-post-cover

    Samsung şirkəti fərdi mobil prosessorların məşhurluqları məsələsində Apple şirkətini geridə qoydu

    Elm & Texnologiya
    29.03.2020
    Emil Nəcəfov
        Hər bir smartfonun əsas hissəsi onun prosessoru sayılır. Belə ki, smartfonun digər komponentləri məhz prosessorun işindən asılıdırlar. Buna görə də prosessor istehsalçıları həmişə bir-biriləri rəqabət aparırlar. Counterpoint Research tədqiqat şirkətinin məlumatlarına əsasən Samsung şirkəti bu sahədə öz rəqibi Apple şirkətini geridə qoyaraq mövqeyini gücləndirib. Bu barədə GSMarena saytı xəbər verib.
        Uzun müddət ərzində Apple şirkəti prosessor istehsalçısı reytinqində 3-cü yeri tuturdu. Lakin 2019-cu ildə onun göstəriciləri 0.5% aşağı düşdü. Bu səbəbdən şirkətin bazardakı payı 13.1%-ə endi. Beləliklə Samsung şirkəti prosessor istehsalı sahəsində öz göstəricilərini 2.2% yüksəldərək 14.1%-ə çatdırdı. Lakin mobil prosessor satışları üzrə lider şirkətlər Qualcomm MediaTek olaraq qalırlar.
        Bu məsələdə Qualcomm-un bazar payı 33.4%, MediaTek-in bazar payı isə 24.6% təşkil edir. Analitiklərin sözlərinə əsasən MediaTek şirkəti bu il öz mövqelərini gücləndirmək üçün bütün şanslara sahibdir. Belə ki, məlumata əsasən Samsung şirkəti özünün 5G dstəkli smartfonları üçün daha çox MediaTek prosessorlarından istifadə etməyi planlaşdırır. Bundan əlavə olaraq bir neçə aydan sonra təqdim olunması gözlənilən OnePlus 8 Lite smartfonunda da MediaTek prosessorunun quraşdırılacağı güman edilir.
    Linki kopyala