'Samsung' şirkəti Galaxy A8 (2018) və Galaxy A8+ (2018) modellərini təqdim etdi

'Samsung' şirkəti Galaxy A8 (2018) və Galaxy A8+ (2018) modellərini təqdim etdi

Texnologiya
19.12.2017 PAYLAŞIM

“Samsung” şirkəti rəsmi olaraq Galaxy A8 (2018) və Galaxy A8+ (2018) modellərini təqdim etdi.

Yeni smartfonlar orta seqment üçün nəzərdə tutulsa da, onlar flaqman modellərinin bəzi özəlliklərini özlərində birləşdirirlər. Buna misal olaraq yeni smartfonlar 18:9 nisbətində ekrana və nazik çərçivələrə sahibdirlər. Bundan əlavə bu modellər şirkətin ilk smartfonlarıdır ki, ikili ön kamera ilə təchiz olunublar. Galaxy A8 (2018) 5.6 inç, Galaxy A8+ (2018) isə 6 inç ekrana sahibdir. Hər iki halda da 2220x1080 piksel keyfiyyətli Super AMOLED matrisasından istifadə olunur. Hər iki smartfonun arxa qapağı şüşədən hazırlanıb, korpusları isə IP68 standartı üzrə sudan və tozdan qorunurlar.



Barmaq izi skanı arxa paneldəki kameranın alt hissəsində yerləşdirilib. Yeni smartfonlarda şirkət nəinki xarici görünüşə həmdə kameralara böyük diqqət ayırıb. Belə ki, f/1.7 diafraqmalı 16 MP-lik arxa kamera faza avtofokusuna sahibdir. Ən maraqlısı isə ön kameralardır. Hər iki smartfon da biri 16 MP digəri isə 8 MP olmaqla ikili ön kamera ilə təchiz olunub. Foto çəkən zaman böyük plan və ya bokeh effektini əldə etmək üçün ön kameralar arasında seçim etmək mümkündür. Video çəkən zaman isə təsvirin rəqəmsal stabilizasiyası funksiyasını aktiv etmək olar.


Texniki göstəricilərə gəldikdə isə hər iki smartfon 2.2 GHz tezlikli 8 nüvəli Exynos prosessoru, 4/6 GB RAM (6 GB RAM yalnız A8+ modelində var), 32/64 GB daxili yaddaş (microSD dəstəkli) və 3000/3500 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Həmçinin smartfonlar USB Type-C girişini də özlərində birləşdirirlər və Android 7.1.1 Nougat əməliyyat sistemi vasitəsilə çalışırlar. Smartfonlar gələn ayın əvvəlində satışa çıxacaqlar. Onların qiymətləri barəsində isə heç bir məlumat verilməyib.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Google Chrome brauzerinə çox faydalı multimedia funksiyası əlavə ediləcək..

Google Chrome-un test versiyasında Youtube-dan daha çox istifadə edənlər üçün faydalı funksiya reall..


Türkiyə Ay missiyası üçün nəzərdə tutulmuş hibrid raket mühərrikinin uğurlu test..

Türkiyə Ay missiyası üçün nəzərdə tutulmuş hibrid raket mühərrikinin uğurlu testini reallaşdırıb...


Yeni naqilsiz neyrointerfeys fikir gücü vasitəsilə planşetdən istifadə etməyə im..

Alimlərdən ibarət komanda beyin siqnallarının naqilsiz ötürülməsi imkanını verən yeni neyrointerfeys..


Xiaomi ilə OPPO fərdi prosessor istehsalını işə salacaqlar

Ortaya çıxmış məlumata əsasən smartfon istehsalçıları olan Xiaomi və OPPO özlərinin 5G prosessorları..


Neuralink şirkəti fikir gücü vasitəsilə ping-pong oynayan meymunun videosunu təq..

Elon Musk-ın Neuralink startapı özünün neyrointerfeysinin son versiyasının imkanlarını sərgiləyib...


Xiaomi-nin ilk elektromobili barəsində yeni məlumatlar verilib

Bir neçə müddət bundan öncə Xiaomi şirkətinin keçirtmiş olduğu irimiqyaslı təqdimat tədbiri çərçivəs..

×