
Samsung şirkəti Galaxy Note 10 üzərində işlərə start verib
Elm & Texnologiya
12.09.2018
Emil
Cənubi Koreyanın The Investor adlı mənbəsinin verdiyi məlumata
əsasən Samsung şirkəti Galaxy Note seriyasının yeni modeli üzərində işlərə
start verib. Məlumata əsasən Galaxy Note seriyasının növbəti modeli da Vinci
kod adını alıb. Beləliklə smartfon məşhur ixtiraçı, alim və rəssam Leonardo da
Vinçi-nin şərəfinə adlandırılıb. Çox güman ki, növbəti modelin adından 10 rəqəmi
yığışdırılacaq və smartfon Galaxy Note X adlanacaq. Lakin bu sadəcə bir fərziyyədir.
Məlumatda qeyd olunub ki, növbəti Galaxy Note smartfonu bir çox innovasiyalara
sahib olacaq. Onların sırasında təkmilləşdirilmiş S Pen stilusu və ekrana
inteqrasiya olunmuş barmaq izi skanı texnologiyası var. Smartfonun xarici
görünüşündə isə heç bir dəyişiklik olmayacaq və o, Galaxy Note 9-a bənzəyəcək.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

James Webb öz ilk ekzoplanetini kəşf edib və onun fotosunu çəkib
