Samsung şirkəti Galaxy Note 9-un təqdimat tarixini elan etdi (VİDEO)

Samsung şirkəti Galaxy Note 9-un təqdimat tarixini elan etdi (VİDEO)

Texnologiya
28.06.2018 PAYLAŞIM

    Çoxlu sayda şayiə və məlumatların yayılmasından sonra Samsung şirkəti rəsmi olaraq Galaxy Note 9 flaqman modelinin təqdimat tarixini elan etdi. Təqdimat tarixinin elan olunması ilə birlikdə şirkət həmdə bununla bağlı kiçik tizer videosunu da təqdim edib. Videoda flaqman smartfonun əsas detalı əks olunub. Belə ki, sözügedən video istifadəçiyə S Pen stilusunu sərgiləyir. Bu aksessuar Galaxy Note  seriyasının fərqləndirici özəlliyidir. Videodan da görmək olar ki, stilus qeyri-adi qızılı rəngdə hazırlanıb.


Bənzər xəbər


    Diqqətlə baxdıqda isə görmək olar ki, stilusun sonunda yerləşən düymə mavi rəngdədir. Artıq əvvəlcədən yayılmış məlumatlara əsasən Galaxy Note 9 keçən ilki modeldən xarici görünüşcə heç də fərqlənməyəcək. Güman olunur ki, smartfon Exynos 9810 / Snapdragon 845 prosessoru (satışa çıxacaq bazardan asılı olaraq), 6/8 GB RAM, 512 GB-a kimi daxili yaddaş həcmi və ikili arxa kamera ilə təchiz olunacaq. Smartfonda ekrana inteqrasiya olunmuş barmaq izi skanı texnologiyasını gözləməyə ehtiyac yoxdur. Beləliklə Galaxy Note 9 flaqman modeli 9 Avqust tarixində Nyu Yorkda təqdim olunacaq.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Yeni GoPro Hero 10 Black action kamerası təqdim edilib - QİYMƏTİ

GoPro şirkəti özünün Hero 10 Black adlı yeni flaqman action kamerasını təqdim edib.


SpaceX heç bir astronavtın iştirakı olmadan 4 nəfər turisti kosmosa göndərib (Vİ..

Kosmik uçuşlar yeni bir şey deyil. Lakin bununla adətən professional şəxslər məşğul olurlar. SpaceX ..


Apple A15 Bionic prosessoru Qualcomm ilə Samsung-un flaqman prosessorlarını geri..

Məşhur Geekbench bençmark saytında A15 Bionic prosessoruna sahib iPhone 13-ün test nəticələri ortaya..


Apple şirkəti Watch 7-dəki vacib funksiyanın digər tətbiqdən kopyalamaqda günahl..

Apple şirkətinin öz yeni məhsullarını təqdim etməsindən sonra Kosta Eleftheriou adlı tərtibatçı Appl..


Apple yeni iPad modellərini və Watch Series 7 smart saatını təqdim edib - QİYMƏT..

Apple şirkəti yeni iPhone 13 smartfonları ilə yanaşı həmçinin yeni iPad planşetləri ilə Watch Series..


Xiaomi AR funksiyalara sahib Smart Glasses adlı eynəyini təqdim edib (VİDEO)

Xiaomi şirkəti yeni qeyri-adi məhsulunu təqdim edib. Söhbət, AR (artırılmış reallıq) funksiyalara sa..

×