main-post-cover

    Samsung şirkəti Galaxy S və Galaxy Note seriyasını yeni vahid seriyaya birləşdirməyi planlaşdırır

    Elm & Texnologiya
    16.09.2019
    Farid Pardashunas
        Gələn ilin fevral ayında ənənəvi olaraq Samsung şirkəti yeni Galaxy S flaqman seriyasını təqdim etməlidir və məntiqlə bu, Galaxy S11 olmalıdır. Lakin görünür, şirkət öz flaqman smartfon seriyasının rebrendiqini keçirtmək niyyətindədir. Bu barədə Gagadget saytı xəbər verib. Belə ki, məşhur insayder Evan Blass öz güvənli mənbələrinə istinadən məlumat verib ki, Galaxy S11 heç olmaya da bilər.
        Onun məlumatlarına əsasən şirkət Galaxy S ilə Galaxy Note seriyalarını birləşdirmək və vahid bir ada sahib yeni smartfon seriyasını satışa çıxartmaq niyyətindədir. Məlumatda qeyd olunub ki, yeni smartfon seriyası Galaxy One adlanacaq. Yeni smartfonlar həmçinin S Pen stilus dəstəyini əldə edəcəklər. Böyük ekranlı smartfonlar da olduqları kimi qalacaqlar. Lakin yeni seriyada həmin smartfonlar Galaxy Note deyil, Galaxy Fold modelləri olacaqlar.
        Bu cür qərar əslində çox məntiqlidir. Çün ki, 10-cu nəsil Galaxy S və Galaxy Note modelləri bir-birilərindən çox cüzi özəlliklərə görə fərqlənirlər. Galaxy Note 10 seriyasında isə nəzərə çarpan yeganə yenilik yeni S Pen stilusunun dəstəyidir. Qeyd etmək lazımdır ki, bu məlumat rəsmi deyil. Lakin əgər o təsdiqlənsə biz gələn il yeni Galaxy One seriyasını görəcəyik. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər