main-post-cover

    Samsung şirkəti Galaxy S10 Lite ilə Galaxy Note 10 Lite modellərinin təqdimatlarını təxirə salıb

    Elm & Texnologiya
    06.12.2019
    Farid Pardashunas
        Keçən ay məlumat ortaya çıxmışdı ki, Samsung şirkəti bu ilki flaqman smartfon modellərinin Lite versiyalarını dekabr ayında təqdim edəcək. Söhbət, Galaxy S10 Lite Galaxy Note 10 Lite modelindən gedir. Lakin görünür, şirkət öz planlarını təxirə saldı. Belə ki, verilmiş yeni məlumata əsasən şirkət sözügedən smartfonların təqdimatlarını yanvar ayının ortasına kimi təxirə salıb. Bu isə o deməkdir ki, həmin smartfonları artıq dəqiq şəkildə bu il gözləmək lazım deyil.
        Bu barədə 91mobiles saytı xəbər verib. Əvvəlki məlumat sızıntılarına əsasən Galaxy S10 Lite modeli Full HD+ keyfiyyətli 6.7 düym AMOLED ekran, Snapdragon 855 prosessoru, 128 GB daxili yaddaş həcmi, 48 MP + 12 MP + 5 MP üçlü arxa kamera, 32 MP-lik ön kamera və 45 vatt gücündə olan sürətli enerji yığma texnologiyalı 4500 mAh enerji tutumlu batareya ilə təchiz olunmalıdır.
        Galaxy Note 10 Lite modelinə gəldikdə isə məlumata əsasən o, Exynos 9810 prosessoru və 6 GB RAM ilə təchiz olunmalıdır. Qeyd etmək lazımdır ki, 12 dekabr tarixində Samsung şirkəti Galaxy A seriyasının yeni smartfonlarını təqdim edəcək. Həmin tədbirdə Galaxy A51Galaxy A71 modellərinin təqdim olunacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər