
Samsung şirkəti Galaxy S10-nun Limited Edition adlı Premium versiyasını təqdim edəcək
Elm & Texnologiya
11.02.2019
Emil
Samsung şirkətinin yeni Galaxy S10 flaqman seriyasının təqdimatına sayılı günlər qalıb. Beləliklə təqdimatda adi Galaxy S10, S10 Plus və S10e modellərindən başqa şirkət həmçinin Galaxy S10 Limited Edition modelini də təqdim edəcək. Lakin yerdə qalan modellərdən fərqli olaraq Limited Edition versiyası bir qədər gec satışa çıxacaq. Bu barədə XDA-Developers saytı xəbər verib. Galaxy S10 Limited Edition modelinin satış tarixi barəsində məlumat Samsung Phillippines səhifəsində aşkar edilib.

Beləliklə sözügedən model 15 mart tarixində satışa çıxacaq. Yerdə qalan Galaxy S10 modelləri isə 8 mart tarixində satışa çıxacaqlar. Qeyd etmək lazımdır ki, məlumatlara əsasən Galaxy S10 Limited Edition modeli keramik materialdan hazırlanmış arxa panel, Snapdragon 855/Exynos 9820 prossessoru satışa çıxacağı bazardan asılı olaraq), 12 GB RAM və 1 TB daxili yaddaş həcmi ilə təchiz olunacaq. Bu modelin hansı qiymətə satılacağı barəsində məlumat yoxdur. Lakin bir sıra mənbələrin sözlərinə əsasən Limited Edition versiyası 1599 avro qiymətində satışa çıxacaq. Məlumata əsasən Galaxy S10-un 5G versiyası isə bir qədər sonra təqdim olunacaq.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Süni zəka qlobal pandemiya riskini artıra bilər
