Samsung şirkəti Galaxy Tab S4 flaqman planşetini rəsmi olaraq təqdim etdi (VİDEO)
02.08.2018
Farid Pardashunas
Çoxdan gözlənildiyi kimi Samsung şirkəti özünün flaqman
planşet modeli olan Galaxy Tab S4-ü təqdim etdi. Əvvəlki modellərdən fərqli
olaraq Galaxy Tab S4 bir çox yeni özəlliklər ilə təchiz olunub. Beləliklə yeni
planşet modeli nazik çərçivələrə sahib 10.5 inç Super AMOLED ekran ilə təchiz
olunub. Buna isə fiziki Home düyməsindən və barmaq izi skanı texnologiyasından
imtina etməklə nail olunub. Planşetin blokdan çıxarılması isə istifadəçi üzünün
və göz qişasının skan texnologiyası ilə reallaşdırılır. Planşetin arxa paneli
şüşədən hazırlanıb və üzərində AKG loqosu yerləşdirilib. Bu isə o deməkdir ki,
planşet yüksək keyfiyyətli audio özəlliklərə sahibdir. Belə ki, planşet
birbaşa 4 ədəd səsgücləndirici ilə təchiz olunub. Bununla yanaşı Galaxy Tab S4
həmdə Dolby Atmos səs texnologiyasını da dəstəkləyir. Beləliklə planşetdə oyun
oynamağı və filmlərə baxmağı sevən istifadəçilər bu planşetdən razı qalacaqlar.
Dizayn dəyişikliyindən əlavə olaraq Galaxy Tab S4 daha bir vacib özəlliyə
sahibdir. Söhbət, DeX rejimi dəstəyindən gedir. Bu rejim daha öncə yalnız
Samsung smartfonlarında xüsusi əlavə kiçik stansiya vasitəsilə dəstəklənirdi.
Galaxy Tab S4-də isə DeX rejimini hətta xarici monitor olmadan da aktiv etmək
mümkündür. Bu rejimi aktivləşdirmək üçün ayarlarda olan xüsusi düyməni klikləmək
kifayətdir. Sözügedən funksiyanın aktivləşdirilməsindən sonra planşet ekranında
kompüterlərdəki əməliyyat sistemini xatırladan istifadəçi interfeysi ortaya
çıxır. Xarici klaviaturanı planşetə qoşaraq bu üsulla siz mini noutbook əldə
etmiş olacaqsız. DeX rejimində Galaxy Tab S4-ü yalnız bir USB Type-C naqili
vasitəsilə xarici monitora və ya televizora qoşmaq mümkündür. Bu halda stolüstü
kompüter tamamilə əvəz olunur, planşetin özü isə sensorlu idarəetmə panelinə
çevrilir.
Texniki göstəricilərə gəldikdə isə Galaxy Tab S4 2.35 GHz tezlikli 8
nüvəli Snapdragon 835 prosessoru, 4 GB RAM, 64 GB daxili yaddaş (400 GB-a kimi
microSD dəstəyi), 13 MP-lik arxa kamera, 8 MP-lik ön kamera, sürətli enerji
yığma özəllikli 7300 mAh enerji tutumlu batareya, S Pen stilusu və 4G LTE dəstəkli
nano formatlı SIM kart girişi ilə təchiz olunub. Planşet Android 8.1 Oreo əməliyyat
sistemi vasitəsilə çalışır. Beləliklə standart modelin qiyməti 649$, 256 GB
daxili yaddaşa sahib versiyanın qiyməti isə 749$ təşkil edəcək. Ayrıca
klaviaturanın qiyməti 150$ təşkil edəcək. Galaxy Tab S4 24 Avqust tarixindən
satışa çıxacaq.
Bununla yanaşı Samsung şirkəti həmçinin Galaxy Tab A 10.5
adlı daha sadələşdirilmiş planşet modelini də təqdim edib. Bu planşet daha çox
uşaqlar və ailə üçün nəzərdə tutulub. Bu planşet həm film izləmək həmdə evdəki
məişət texnikasını idarə etmək üçün yarayır. Belə ki, planşet SmartThings
platformasını dəstəkləyir. Sözügedən planşetin fərqləndirici özəlliklərindən biri
də onun Kids Mode rejiminə sahib olmasıdır. Bu rejim sayəsində valideynlər öz
uşaqlarının planşetlə nə qədər zaman keçirtdiklərini və onda hansı kontentlərə
baxdıqlarını idarə edə biləcəklər. Kids Mode üçün xüsusi sadə interfeys
yaradılıb. Həmin interfeys vasitəsilə hətta azyaşlı uşaqlar da planşet vasitəsilə
əylənə və ya nəsə öyrənə bilərlər.
Həmin interfeys özündə uşaqlar üçün olan
xüsusi brauzeri, Galaxy Apps for Kids adlı uşaqlar üçün olan tətbiq mağazasını
və məşhur brendlərdən olan 8 pulsuz tətbiqi birləşdirir. Planşetdə olan xüsusi
rejim vasitəsilə ailə üzvləri və uşaqlar üçün ayrı-ayrı online istifadəçi
hesabları yaratmaq olar. Texniki göstəricilərə gəldikdə isə sözügedən planşet
10.5 inç LCD ekran, 1.8 GHz tezlikli 8 nüvəli Snapdragon 450 prosessoru, 3 GB
RAM, 32 GB daxili yaddaş (400 GB-a kimi microSD dəstəyi), 8 MP-lik arxa kamera,
5 MP-lik ön kamera, sürətli enerji yığma özəllikli 7300 mAh enerji tutumlu
batareya və 4G LTE dəstəkli nano formatlı SIM kart girişi ilə təchiz olunub.
Planşet Android 8.1 Oreo əməliyyat sistemi vasitəsilə çalışır. Galaxy Tab A
10.5 24 Avqust tarixindən satışa çıxacaq və 330 avro qiymətində satılacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ