main-post-cover

    Samsung şirkəti Galaxy Z Flip-ə bənzəyən yeni dizaynlı smartfon üzərində çalışır

    Elm & Texnologiya
    18.04.2020
    Emil Nəcəfov
        Qatlana bilən Galaxy Z Flip smartfon modeli Samsung şirkətinin uğurlu təcrübəsi oldu. Baxmayaraq ki, sözügedən smartfon bir neçə müddət bundan öncə satışa çıxıb, şirkət artıq onun davamçısı üzərində çalışır. Şirkətin yeni patenti bunu sübut edir. Bu barədə Sammobile saytı xəbər verib. Koreyanın intellektual mülkiyyət üzrə idarəetməsi agentliyi olan KIPRIS-da qeydiyyatdan keçmiş yeni Samsung patentində Galaxy Z Flip-i xatırladan smartfon modeli əks olunub.
        Lakin hal hazırda aktual olan Galaxy Z Flip-dən fərqli olaraq patentdə əks olunmuş smartfonun ekranı cihazın daxili sahəsini tam əhatə etməklə yanaşı həmçinin xarici istiqamətə də əyilə bilir. Qeyd etmək lazımdır ki, hal hazırda satışda olan Galaxy Z Flip modeli xarici tərəfdən 1.06 düym ekrana sahibdir və həmin ekranda bildirişlər ilə saat əks olunurlar.
        Lakin patentdə əks olunmuş smartfonun qatlana bilən ekranın xarici hissəsi gövdənin yarısını əhatə edir. Beləliklə həmin hissədə daha çox məlumat əks oluna bilər. Bu halda smartfon qatlanmış vəziyyətdə olsa da ondan istifadə etmək mümkün olacaq. Samsung şirkətinin Galaxy Z Flip davamçısında bu cür dizaynı reallaşdırıb-reallaşdırmayacağı bilinmir.
    Linki kopyala