Logo
    main-post-cover

    'Samsung' şirkəti gamerlər üçün əyilə bilən iki ekranlı smartfonun patentini alıb

    Elm & Texnologiya
    15.12.2017
    Emil
    İndiyənə kimi əyilə bilən iki ekranlı smartfonlar mübahisəli qərar kimi görünürdü.

    Samsung” şirkətinin yeni patentləri onu göstərir ki, şirkət mühəndislərinin fikrincə bəzi hallarda bu cür smartfonlar məhz lazım olan cihazlardır. Nintendo 3DS oyun konsolunda bu cür format artıq çoxdan çalışır. Ekranlardan biri idarəetmə üçün touchpad kimi istifadə olunur. Digər ekranda isə oyunda baş verən hadisələr əks olunur. İndi isə bu cür format “Samsung”un yeni smartfon modelində reallaşdırıla bilər.

    Patentdə stilusdan istifadə etmək imkanının olduğu əks olunub. Çox güman ki, bu, S Pen olacaq. Rəssamlar çox zaman ekrana qoşulan stiluslar vasitəsilə ekranda rəsmlər çəkirlər. Əlavə ekran isə rəsm çəkən zaman əsas ekranı əl ilə örtmək dərdini bir dəfəlik aradan götürür. Bu əsasən o vaxt vacib olur ki, siz iş üçün böyük olmayan səthə sahibsiniz. Patentdə əks olunmuş cihazın hər bir tərəfində kamera və səsgücləndiricilər var. Bu cihazın, barəsində çoxdan şaiyələr gəzən Galaxy X olub-olmayacağı isə məlum deyil.

    Paylaş
    Bənzər xəbərlər