
Samsung şirkəti gələn il çoxdan gözlənilən özəlliyə sahib smartfonu satışa çıxardacaq
Elm & Texnologiya
17.10.2019
Emil
Ice Universe ləqəbi ilə tanınan məşhur insayderin verdiyi məlumata əsasən Samsung şirkəti qeyri adi özəlliyə sahib smartfon modelini satışa çıxartmağa hazırlaşır. Bu barədə Gagadget saytı xəbər verib. İnsayderin verdiyi məlumata əsasən gələn il şirkət ekranın alt hissəsinə yerləşdirilmiş ön kameralı smartfon modelini təqdim edəcək. O qeyd edib ki, bu, dəqiq Galaxy S11 və ya Galaxy Fold 2 deyil.
Çox güman ki, smartfon Galaxy A seriyası altında satışa çıxacaq. Bu artıq birinci hal deyil ki, Samsung şirkəti flaqman smartfon modellərinə yeni özəllikləri əlavə etməmişdən öncə onları büdcəli modellərdə test edir. Qeyd etmək lazımdır ki, hələ bu ilin iyun ayında Xiaomi və OPPO şirkətləri ekranın alt hissəsinə inteqrasiya edilmiş ön kamera nümunələrini təqdim etmişdilər. Sözsüz ki, bu texnologiya ekran üzərində çıxıntı hissələrə yaxşı alternativ variant ola bilər. Lakin onun da bir sıra mənfi özəllikləri var. Məsələn bu cür kamera ilə çəkilmiş fotolar daha bulanıq alınırlar.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Honor X70-in 4 gövdə rəngində fotoları təqdim edilib
