Logo
    main-post-cover

    Samsung şirkəti Google ilə birlikdə yeni mobil prosessor üzərində çalışır

    Elm & Texnologiya
    10.04.2020
    Emil
        Samsung şirkəti smartfonlarla yanaşı həmçinin prosessor istehsalı ilə də məşğul olur. Bu məsələdə o həmçinin AMD-nin dəstəyini də əldə edib. Beləliklə AMD ilə birlikdə Samsung şirkəti mobil cihazlar üçün RDNA arxitekturası əsasında yeni qrafik sürətləndirici üzərində çalışır. İndi isə ortaya çıxmış yeni məlumat sızıntısına əsasən Samsung həmçinin Google şirkəti ilə birlikdə mobil prosesor üzərində çalışır. Bu barədə Gizchina saytı xəbər verib.
        Verilmiş məlumata əsasən bu il Samsung və Google şirkətləri birikdə 5 nanometrlik texnoloji proses əsasında hazırlanmış mobil prosessoru təqdim edəcəklər. Sözügedən mobil platformada Google şirkətinin təsvir emalı prosessoru (ISP) və neyron bloku (NPU) istifadə olunacaq. Bu prosessor 8 nüvəli olacaq: Enerji sərfiyyatı üzrə effektiv 4 ədəd Cortex-A55, 2 ədəd Cortex-A76 və 2 ədəd Cortex-A78.
        Qrafik göstəricilərdən isə hələ anons edilməmiş Mali MP20 qrafik sürətləndirici cavabdeh olacaq. Çox güman ki, Google və Samsung şirkətlərinin birgə hazırladıqları yeni mobil prosessor Pixel smartfonlarına quraşdırılacaq. Lakin bu prosessorun digər istehsalçılara da satılıb-satılmayacağı bilinmir. 
    Paylaş
    Bənzər xəbərlər