Samsung şirkəti iki ekranlı smartfonun patentini aldı

Samsung şirkəti iki ekranlı smartfonun patentini aldı

Texnologiya
21.06.2018 PAYLAŞIM

    Hollandiyanın Mobielkopen adlı mənbəsi Samsung şirkətinin iki ekranlı smartfonunun patentini təqdim edib. Patentdəki cihazın çertyojlarına əsasən smartfonun ön panelində demək olar ki, çərçivəsiz genişformatlı ekran yerləşib. Onun yuxarı hissəsində isə səsgücləndiricilər və ötürücülərin yerləşdiyi nazik çərçivə var. Cihazın arxa panelində kiçik ölçüdə əlavə ekran yerləşir. Lakin əsas özəllik ondan ibarətdir ki, həmin ekran arxa paneli tamamilə əhatə etmir.


Bənzər xəbər


    Əksinə o, arxa panelin ortasında yerləşir. Bu cür qərara görə arxa kamera yuxarı sol küncə keçirilib. Cihazda standart barmaq izi skanı texnologiyası nəzərə çarpmır. Çox güman ki, o birbaşa ekrana inteqrasiya olunacaq. Cihazın sağ tərəfindəki paneldə olan düymələr isə smartfonu bloka salma və səsin tənzim olunması düymələridir. Sözügedən cihazın nəticədə hansı smartfon modeli olacağı, ikinci ekranın hansı funksiyaları yerinə yetirəcəyi və ümumiyyətlə bu cihazın satışa çıxıb-çıxmayacağı hələki bilinmir.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Xiaomi Watch Color 2 smart saatı və naqilsiz Mi True Wireless Earphones 3 Pro qu..

Xiaomi şirkəti Civi adlı yeni smartfon ilə birlikdə həmçinin Xiaomi Watch Color 2 smart saatını və n..


Elektrikli moped üçün hazırlanmış yeni litium-karbon batareya enerjini 90 saniyə..

Almaniyadan olan mühəndislər elektrikli mopedlər üçün nəzərdə tutulmuş sürətli şarj texnologiyalı ye..


Çində kriptovalyutalar ilə bağlı bütün tranzaksiyalar qadağan olunub

Çin Xalq Bankı kriptovalyutalarla bağlı olan istənilən tranzaksiyaların qanunsuz və qadağan olduğunu..


Avropa Komissiyası bütün cihazların şarjları üçün USB Type-C-ni vahid standarta ..

Gözlənildiyi kimi Avropa Birliyinin icraçı orqanı olan Avropa Komissiyası smartfon və digər elektron..


Apple şirkətinin AR cihazı barəsində yeni məlumatlar verilib

iPhone 13-ün təqdimatından sonra Apple şirkəti çoxlu sayda tənqidə məruz qaldı. Lakin verilmiş yeni ..


Avropa Birliyi smartfonlar üçün şarj cihazlarının vahid standartını hazırlayır: ..

Avropa komissiyası sabah smartfonlar, planşetlər və qulaqlıqlar üçün nəzərdə tutulmuş şarj cihazları..

×