
Samsung şirkəti ön kamerasız və ikiqat əyilmiş ekranlı smartfonun patentini alıb
Elm & Texnologiya
25.07.2018
Emil
Letsgodigital adlı məşhur mənbə Samsung şirkətinin yeni
smartfonu barəsində olan patent fotolarını təqdim edib. Təqdim olunmuş
fotolardan da görmək olar ki, Samsung-un yeni smartfonu ön kamera ilə təchiz
olunmayacaq. Bunun yerinə smartfon yuxarı hissədən arxa paneldəki kameraya
kimi əyilmiş ekranla təchiz olunacaq. Smartfonun yuxarı hissəsində olan
sensorlu panel isə cihazın funksiyalarını idarə etmək üçün nəzərdə tutulub. Hətta
ön kameranın olmaması halında da bu smartfonla selfi foto çəkmək asan məsələdir.
Belə ki, smartfonun arxa panelinə kimi əyilmiş ekran vasitəsilə istifadəçi arxa
kamera sayəsində necə göründüyünü görə biləcək. Smartfonun qiyməti, texniki
göstəriciləri və təqribi təqdimat tarixi barəsində heç bir məlumat yoxdur. Belə
ki, bu sadəcə olaraq prototipdir. Çox güman ki, sözügedən cihaz elə patent
olaraq da qalacaq.



Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

iPhone 17 Pro-nun ən kefiyyətli fotoları təqdim edilib
