
Samsung şirkəti One UI interfeysinin dizaynını Windows-un dizaynına bənzədə bilər
Elm & Texnologiya
26.02.2020
Emil
Samsung smartfonlarının əsas özəlliklərindən biri də onların One UI adlı istifadəçi interfeysinə sahib olmalarıdır. Həmin interfeysin dizaynı isə təmiz Android-in dizaynından tamamilə fərqlənir. Lakin yaxın zamanda One UI-nin dizaynı kompüter istifadəçiləri üçün ənənəvi şəkildə reallaşdırıla bilər. Şirkətin əldə etdyi yeni patent buna sübutdur. Bu barədə Gizchina saytı xəbər verib.
Şirkət tərəfindən əldə edilmiş yeni patentə əsasən Samsung istifadəçi interfeysinə yeni elementləri daxil etməyi planlaşdırır. Həmin elementlər isə tətbiqlər pəncərəsi ilə çalışmağı sadələşdirmək üçün nəzərdə tutulublar. Söhbət, hər bir Windows istifadəçisinə tanış olan ekran düymələrindən gedir: Bağlamaq, aşağı endirmək və bütün ekranda əks etdirmək düymələri.

Sözügedən düymələr smartfon ekranının yuxarı küncündə yerləşəcəklər. Bununla yanaşı istifadəçi həmin düymələri soldan-sağa və ya əksinə keçirdə biləcək. Maraqlısı ondadır ki, Samsung bu patent sorğusunu hələ 2017-ci ildə göndərmişdi. Lakin onun təsdiqlənməsi bir neçə gün öncə baş verib. Məlumata əsasən bu yenilik yaxın zamanda şirkətin One UI interfeysinə əlavə olunacaq. Lakin bu məlumat hələ öz təsdiqini tapmayıb.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

James Webb öz ilk ekzoplanetini kəşf edib və onun fotosunu çəkib
