
Samsung şirkəti öz smartfonları üçün əyilə bilən batareyalar üzərində çalışır
Elm & Texnologiya
04.07.2018
Emil
Samsung şirkəti öz əyilə bilən
smartfonlarını əyilə bilən batareyalar ilə təchiz edəcək. Bu barədə The Next Web
saytı xəbər verib. Məlumata əsasən şirkət artıq 3000-6000 mAh-lıq bu cür
batareyaların prototiplərini hazırlayır. Məlumatda qeyd olunub ki, Samsung mühəndisləri
çoxlu sayda əyilə bilən batareyaların istehsalat yolunu tapıblar. 4 il bundan
öncə Samsung-un daxilində olan Samsung SDI şirkəti 210 mAh enerji tutumlu əyilə
bilən batareya təqdim etmişdi.
Lakin həmin vaxtda olmuş texniki məhdudiyyətlər
səbəbilə batareyanın həcmini çoxaltmaq mümkün deyildi. Bu qədər müddətdən sonra
isə Samsung SDI şirkəti artıq 3000-6000 mAh enerji tutumlu batareyalar
hazırlayır. Çox güman ki, sözügedən batareyalar 2019-cu ildə təqdim olunacaq
Galaxy X smartfonlarında təchiz olunacaq. Galaxy X modelinin görünüşcə necə
olacağı barəsində hələki heç bir məlumat yoxdur. Qeyd etmək lazımdır ki,
Samsung şirkəti 2011-ci ildən bəri əyilə bilən smartfon hazırlamağa çalışır.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

James Webb öz ilk ekzoplanetini kəşf edib və onun fotosunu çəkib
