
Samsung şirkəti qatlana bilən Galaxy Z Flip-in ilk partiyasını tamamilə satıb
Elm & Texnologiya
21.02.2020
Emil
Keçən həftənin cümə günü Samsung şirkəti öz yeni qatlana bilən smartfon modeli Galaxy Z Flip-in satışlarına start vermişdi. Yeni smartfon modelinin satış startı isə uğurla keçib. Bu barədə Slashgear saytı xəbər verib. Beləliklə verilmiş məlumata əsasən Galaxy Z Flip-ə olan yüksək tələbat Samsung şirkətinin bütün gözləntilərini geridə qoyub.
Belə ki, şirkət online satış üçün nəzərdə tutulmuş ilk partiyanı artıq tamamilə satıb. Lakin şirkət birinci partiyaya hansı sayda smartfonun daxil olduğu barəsində məlumat verməyib. Qeyd etmək lazımdır ki, smartfon Çin bazarında hələ bugün satışa çıxır. Başqa sözlə desək, şirkət yüksək satış göstəricisini Çin bazarı hesaba alınmadan əldə edib. Galaxy Z Flip 1380$ qiymətində satılır
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
